Qəbələdə gənc qadının hissələrə ayrılmış meyiti tapıldı

0
25

Qəbələ rayonunda gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.

Medonline.az Report-a istinadən xəbər verir ki, dünən axşam saatlarında şəhər ərazisində məişət tullantılarının atıldığı qutudan qadın əli tapılıb.

Daha sonra qutularda sellofan torbalara yığılaraq atılmış meyitin digər hissələri aşkarlanıb.

Məlumata görə, meyiti tapılan qadın 1999-cu il təvəllüdlü Aytac Əliyevadır.

Gənc qadının həyat yoldaşı tərəfindən öldürüldüyü ehtimal olunur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code