Əminə Ərdoğandan Yelena Zelenskiyə dəstək

0
24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskiyə videomüraciət göndərib.

Medonline.az  Axar.az-a istinadla xəbər verir ki, Əminə Ərdoğan müraciətində beynəlxalq ictimaiyyəti sülhə çağırıb.

“Ukraynaya edilən hücumlardan çox kədərləndiyimi bilməyinizi istəyirəm. Türkiyə olaraq hadisələri yaxından izləyirik. Ukraynanın gözəl insanları türk xalqının duasındadır. Allaha dua edirik ki, tez bir zamanda rahatlıq tapasınız və heç bir cana ziyan dəyməsin. Biz illərdir dünyanın bir çox yerlərində davam edən müharibələri və münaqişələri dayandırmağa çalışsaq da, Ukraynanın indi də eyni təcrübədən keçməsi bizim söndürmək istədiyimiz yanğını daha da alovlandırıb.

Beynəlxalq ictimaiyyətin Ukrayna üçün göstərdiyi nümunəvi həmrəylik dilindən, dinindən, irqindən asılı olmayaraq bütün məzlum xalqlar üçün keçərli olmalıdır. Dünyanın bütün qadınları və uşaqları eyni insan ailəsinin üzvləridir. Ona görə də harda müharibə olsa, sülhün bərqərar olması üçün eyni güclü refleksin göstərilməsini arzu edirəm. Uşaqlar yalnız başlarını qaldıraraq şarların səmaya qalxmasına baxmalıdırlar, düşən bombalara yox… Mən bütün dünyanı müharibəyə “yox”, sülhə “hə” deməyə dəvət edirəm. Sizi və Ukrayna xalqını ən səmimi hisslərlə salamlayıram”, – Ə.Ərdoğan qeyd edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code