SON DƏQİQƏ: Bakıda dəhşətli avtobus qəzası – YARALILAR VAR – FOTO – YENİLƏNDİ

0
40

Bakı Nəqliyyat Agentliyi bu gün axşam Sabunçuda baş vermiş avtobus qəzası barədə məlumat yayıb.

Medonline.az xəbər verir ki, məlumatda deyilir: “04 mart 2022-ci il saat 19 radələrində Sabunçu yol qovşağının yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakl ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.  Sərnişin avtobusu kommunal xidmət avtobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-dən məsul şəxs Sənan Səlimov Agentliyə çağırılıb”.

xxxxx

Bu gün axşam saatlarında Bakıda dəhşətli avtobus qəzası baş verib.

Medonline.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Sabunçu rayonu ərazisində – Sabunçu dairəsindən Koroğlu metrostansiyası istiqamətindəki tuneldə 166 saylı marşrut avtobusu “QAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə avtobusdakı şəxslərdən bir neçəsi xəsarətlə xəstəxanaya aparılıb.

Hadisə yerində çəkilmiş fotoları təqdim edirik.

 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code