İrəvan üçün əcəl zəngi: Ukraynadakı ermənilər belə Ermənistana dönmək istəmir!

0
27

Kapitulyant ölkə həm də xəyalətə çevrilir; Levon Ter-Petrosyandan erməni ziyalılarına ağır sözlər: “Cəsarətiniz var idisə…”

Ermənistan baş naziri Nikol Paşinyanın məsləkdaşı Vaaqn Xaçatryan srağagün ölkənin yeni prezidenti seçilib. Seçilər-seçilməz də radikal müxalifət onu aşağılayıb. Müxalif deputatlardan biri “Xaçatryan Paşinyanın yanında prezident işləyəcək” şəklində ona kinayə edib.

Düzdür, Ermənistanda prezident məhdud səlahiyyətlərə sahibdir. Lakin xarizmatik şəxs olarsa, ictimai rəyə təsir imkanlarını heç kim onun əlindən almayıb. V.Xaçatryan isə son açıqlamalarında qonşu Azərbaycan və Türkiyə ilə dil tapmağın, dinc-yanaşı yaşamağın vacibliyini xüsusi vurğulayıb. Əks halda Ermənistanın məhvə getdiyi haqda xəbərdarlıq edib.

Sitat: “Biz yalnız təhlükəsizlik sistemlərimiz işləyəndə, özümüzü təhlükəsiz hiss etdikdə, regionda müharibə təhlükəsi olmayanda, sərhədlər açılanda iqtisadi uğura nail olacağıq. Ermənistan təcrid olunmamalıdır. Biz başa düşməliyik ki, regionumuz əməkdaşlıq platformasına çevrilməlidir. Bütün ölkələrlə mehriban qonşuluq münasibətləri qurmaq lazımdır. Biz qonşularımızla sülh şəraitində yaşamalıyıq. Əgər cəmiyyətdə fərqli ovqat üstündürsə, demək, biz məhvə doğru gedirik”.

Hələ ki, məhz belədir. Kapitulyant ölkə uçurma doğru gedir. Çünki erməni toplumu yeganə doğru yolu tapa bilməyib. Bu da ona görədir ki, cəmiyyətə hələ də rasional düşüncə hakim deyil. Özlərini siyasi müxalifət adlandıran Qarabağ klanı, daşnaklar, digər radikal-faşist və revanşist ünsürlər bədbəxt erməni xalqının bəlalarının bitməsinə imkan vermirlər.

Bu da növbəti fakt. Bir neçə gün qabaq ölkənin 80 “ziyalısı” yazılı müraciət yayıb. Müraciətdə onlar hakimiyyəti Xankəndindəki uydurma “parlamentin” az öncə qəbul etdiyi “işğal olunmuş ərazilər haqqında qanunu” dəstəkləməyə çağırır, Ermənistan iqtidarından və ATƏT-in Minsk Qrupu həmsədrlərindən danışıqların bərpa olunması, Azərbaycanın işğaldan azad etdiyi “artsax ərazilərinin geri qaytarılması” (!) üçün “təcili addımlar atmağı” tələb edirlər.

Yəni heç bir sağlam məntiqə və reallığa söykənməyən sarsaq və cəfəng bir çağırış. Xəstə təfəkkürün növbəti zəhərli məhsulu.   

Bu milli rüsvayçılıqdır” Levon Ter-Petrosyan

Ermənistanın sabiq prezidenti, vaxtilə (1998) Qarabağ məsələsində az-çox obyektiv mövqe tutduğu üçün Qarabağ klanı tərəfindən hakimiyyətdən devrilmiş Levon Ter-Petrosyan məktub müəlliflərinə yaxşı cavab verib: “Əgər bu bəyanatı imzalayan ziyalılar Qarabağ məsələsinin kompromislər yolu ilə həll edilməsi tələbi ilə vaxtilə Ermənistan hakimiyyətinə açıq müraciət etməyə özlərində cəsarət tapsaydılar, xalqımız indi belə acınacaqlı vəziyyətdə olmazdı”.

Xatırladaq ki, 44 günlük müharibədən sonra Levon Ter-Petosyan 2 dəfə öz xalqına müraciət edərək, “Qarabağ qatarı”nın artıq getdiyini, erməni toplumuna “Dənizdən-dənizə Ermənistan”, “ölkədən-ölkəyə Ermənistan” iddialarından əl çəkməyin vaxtı çatdığını bildirib.

Əfsus ki, Ermənistan cəmiyyəti günü bu gün də onu yeni fəlakətlərə sürükləyən üzdəniraq “ziyalılar”ın, köhnə havada qalan radikal müxalifətçilərin, həmçinin xaricdəki erməni lobbisinin güclü psixoloji basqısı altındadır. Nəticədə Xaçatryan inancında olan ermənilər azlıqda qalıblar və sabaha heç bir perspektiv görmədikləri üçün ölkəni tərk eləməli olurlar.   

Bu xüsusda erməni siyasi şərhçi Tavos Arşakyanın Armenianreport.com-dakı məqaləsindəki aşağıdakı sitat diqqət çəkir: “Hətta Ukraynadakı müharibə, dinc Ukrayna şəhərlərinin bombalanması bu ölkənin erməni icmasını öz tarixi vətənlərinə qayıtmağa məcbur etmədi. Daha doğrusu, tək-tük erməni ölkəyə geri döndü. Digərləri ya Ukraynanı müdafiə etmək üçün orda qaldılar, ya da fürsətdən yararlanıb Ukrayna sakinlərinə qapılarını açan Avropaya köçdülər. Sanksiyalar nəticəsində Rusiyada sosial-iqtisadi vəziyyətin pisləşməsi də dünyanın ən böyük erməni icmasını Ermənistana köçməyə sövq edəcəyinə ümid yoxdur. Sanksiyalar altında olan Rusiyada ermənilər üçün nə qədər çətin olsa da, orada həyat yenə də Ermənistandakından yaxşı olacaq. Bunu yazmaq ağrılıdır, amma faktdır”.

Peqov Ukraynadakı erməni döyüşçüləri ifşa etdi - VİDEO

Bu da faktdır ki, 30 ildə ermənilər özlərinə dövlət qura bilməyiblər. Səbəblər barədə kifayət qədər yazılıb. Əsas səbəbi isə əlbəttə ki, ermənilərin indiyədək xalq olaraq xəstə təfəkkürdən, “miatsum” virusundan qurtula bilməməsidir. Ən absurdu isə 30 ildə özünə dövlət qura bilməyən, Rusiyanın marionetinə çevrilən bir xalqın ikinci erməni “dövləti”, “artsax” xəyalı ilə yaşamasıdır. Azərbaycan atalar məsəlində deyildiyi kimi, iki dovşanın ardınca qaçan isə heç birini tuta bilməz.

Ondansa artıq xəyalətə, kabusa çevrilmiş Ermənistanın xilası barədə düşünsəydilər. Pandemiyanın problemləri bitməmiş Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzün şimal qonşumuzla birgə onun müttəfiqinə vəd elədiyi ağır perspektiv heç bir təbii resursu olmayan kapitulyant ölkə üçüm sonuncu SOS siqnalı olmalıdır. Ermənilər nəhayət, anlamalıdırlar ki, yeganə xilas yolu artıq Rusiyaya deyil, qonşu Azərbaycana və Türkiyəyə bağlıdır. Bu yola çıxmağın şərtləri isə çoxdan bəlli…        

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code