Sabunçuda fahişəxana açan qadın SAXLANILDI

0
39
Polis tərəfindən sosial şəbəkələrdə paylaşılan məlumat əsasında Sabunçu qəsəbəsi ərazisində yerləşən kafelərin birində əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edilib.
 
Medonline.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
 
E.Hacıyev qeyd edib ki, əxlaqsızlıq yuvasını təşkil etməkdə şübhəli bilinən kafenin icarədarı, Balakən rayon sakini, əvvəllər də fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə məhkum olunmuş Sona Cumayeva saxlanılıb:
 
“Faktla əlaqədar Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi başlayıb. İstintaq hərəkətləri davam etdirilir”.
 
Qeyd edək ki, problemi işıqlandıran sosial şəbəkə istifadəçisi bildirmişdi ki, fahişəxananın sahibi Sona adlı qadınıdır:
 
“Şəkildə işarələdiyim yerdi. Sona xanım məhşur bağlanan Pəhləvanlar və bir neçə genelevlərin sahibidir.
 
Hazırda isə fotoda göstərdiyim Sabunçu Dəmiryol Vağzalının tinində düz Polis İdarəsi ilə üzbə-üz elə öz adıyla tanına Sonanın Kafesi adlı yer fəaliyyət göstərir”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code