Qaluşenkodan HƏYƏCAN TƏBİLİ: “Ən böyük texnogen fəlakətin astanasındayıq”

0
22

“Biz bəşəriyyət tarixində ən böyük texnogen fəlakətin astanasındayıq”.

Medonline.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukraynanın Energetika naziri German Qaluşenko deyib.

“Təcavüzkar Ukraynaya sarsıdıcı zərbələr endirməkdə davam edir. Onun qarşısını minlərlə insan tələfatı və faciələr dayandırmır. Bu gün o, bütün dünyanı məhv etmək istəyir. O, bu cür hərəkətlərin fəlakətli nəticələrini tam başa düşərək, Avropanın ən böyük Zaporojye atom elektrik stansiyasının enerji bloklarına Tanklardan, qradlardan və digər ağır artilleriyadan dəqiq atəş açır”, – Qaluşenko bildirib.

O əlavə edib ki, stansiyanın ərazisində döyüş davam edir, yanğın genişlənir:

“Bu, məhvetmə müharibəsidir, bəşəriyyətin və planetimizin məhvidir. Düşmən nüvə və radiasiya təhlükəsizliyinə əhəmiyyət vermir. O, ukraynalıların, avropalıların və öz vətəndaşlarının həyatına biganədir”.

Qaluşenko onu da qeyd edib ki, bir neçə gündür Ukrayna bu tezisi Beynəlxalq Atom Enerjisi Agentliyinə çatdırmağa çalışır. 

“Biz bu beynəlxalq təşkilatın müdaxiləsini və təcavüzkara qarşı sərt qərarlar qəbul etməyi tələb etdik. Amma hələlik belə bir şey yoxdur”, – Qaluşenko bildirib.

O əlavə edib ki, Ukrayna həm də baş verən hadisələrin peşəkar qiymətləndirilməsini deyil, həm də real müdaxiləni, NATO və nüvə silahına malik ölkələrdən ən sərt tədbirlərin görülməsini tələb edir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code