Müharibədə Rusiyanın günlük xərci açıqlandı – Hər gün cəbhəyə 20 milyard dollar xərclənir…

0
23
Onlayn məsləhət şirkəti “Consultancy”-dəki xəbərdə İqtisadi Bərpa və “Easy Business” beyin mərkəzləri Rusiya-Ukrayna müharibəsində Rusiyanın müharibəyə xərclədiyi vəsaiti hesablayıb. 
 
Medonline.az xəbər verir ki, araşdırmada müharibədə birbaşa itkilər, hərbi texnika və şəxsi heyət itkisi ilk beş gündə Rusiyaya 7 milyard dollara başa gəlib. İtirilən hərbi texnikasının qiyməti isə 4,2 milyard dollar olub. Canlı qüvvə itkisinin isə gələcək 40 ildə 2,7 milyard dollar olacağı proqnozlaşdırılır.
 
Müharibənin günlük xərci isə 20 milyard dolları keçə bilər…  
 
Bundan əlavə, tədqiqatçılar səfərbərliyin miqyasının, o cümlədən logistika, şəxsi heyət, döyüş sursatı, yanacaq, raket buraxılışının hər gün daha çox pula başa gələcəyini ifadə edərək, müharibənin Rusiya üçün gündəlik xərcinin 20 milyard dolları keçə biləcəyinə diqqət çəkiblər. İşğalın miqyası isə artır.
 
Digər tərəfdən beynəlxalq ictimaiyyətin Rusiya iqtisadiyyatında sabitliyi pozmaq və təcavüzün qarşısını almaq məqsədilə tətbiq etdiyi sanksiyalar səbəbindən rublun dəyəri çox ucuzlaşıb. Bunun Rusiya iqtisadiyyatına böyük ziyan vuracağı gözlənilir. 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code