“Putin Hitler deyil, lakin o, Hitlerin Rusiyaya müdaxilə edərək yol verdiyi səhvi təkrarlayıb”

0
27
Vladimir Putin Adolf Hitler deyil, lakin, görünür, özünün Ukraynaya ağılsız müdaxiləsilə o, Hitlerin Rusiyaya müdaxilə edərək yol verdiyi səhvi təkrarlayıb”.
 
Moderator.az xəbər veerir ki, bunu məşhur İsrail jurnalisti Ben Kaspit “Maariv” nəşrində yazıb.
 
Putinin Hitlerlə müqayisəsi ağlabatandır, amma başqa cavab variantları da var. Bu gün sosial şəbəkələrdə və etiraz nümayişlərində get- gedə bu iki personajı birləşdirən fotomontajlara rast gəlmək olar.
 
Putini “bu günün Hitleri” hesab etmək olar, ya yox, bunu bir kənara qoyaq, amma Kiyev həqiqətən Stalinqrada çevrilə bilər.
Mühasirəyə alınan, bombalanan, sanki heç bir şansı olmayan şəhər müqavimət, dözüm və qətiyyət rəmzinə çevrilir.
Ben Kaslit vurğulayır ki, ruslarla nasistləri müqayisə etməyin yeri yoxdur (bununla bağlı başqa fikirlər də var). Amma o, etiraf edir ki, son günlər Rusiya işğalçılarının qəddarlığı yeni mərhələyə yüksəlib və, görünür, bu, hələ son mərhələ deyil.
Artıq yaşayış məhəllələrinin atəşə tutulması və bombardman edilməsi hərbi cinayətdir.
 
İldırımsürətli müharibənin iflasa uğraması şübhələnməyə əsas verir ki, Rusiya ordusu Çeçenistanda olduğu kimi, bundan sonra Ukraynanın dinc sakinlərinə daha qəddarcasına zərbələr endirəcək. Artıq işğalçıların Əfqanıstanda və Çeçenistanda tətbiq edilən “Buratino” odsaçan sistemdən istifadə etdikləri barədə məlumatlar üzə çıxıb.
 
Putin hələ müharibəni uduzmayıb. O, əvvəllər olduğu kimi nəhəng hakimiyyətə, hərbi gücdə həlledici üstünlüyə malikdir. Amma o, artıq özünün barbar müdaxiləsi səbəbindən Ukrayna xalqının vətənpərvərliyinin yüksəlişi qarşısında uduzub. Hətta Rusiyanın özündə getdikcə bu ağılsız müharibəyə qarşı etiraz səsləri eşidilməkdədir.
 
Həm də Putin və onun generalları yenə də keçmişin müharibəsini aparırlar. Bu gün, məsələn, Dağlıq Qarabağda son müharibədə olduğu kimi, uğur qazandıran yeni metod və silahlar görünmür.
 
Rus ordusu Kiyevə uzunluğu onlarla kilometr olan zirehli texnika karvanını göndərə bilər, amma onun əsgərlərinin qətiyyəti azdır. Ruslar öz evləri uğrunda döyüşmür. Bu savaşda öz evləri üçün ukraynalılar igidliklə döyüşür. Dağıdılan və ya atılan texnika karvanları, əsir düşən rusiyalı əsgərlərinin görünüşü onların ruh düşkünlüyündən xəbər verir.
 
Putinin generalları Kiyevi 48 saat ərzində zəbt etmək istəyirdilər? Hazırda bu, 48 ay olmasa da, 48 gün deməkdir, Ben Kaspit qeyd edir.
Rusiya ordusunun hərəkəti ikinci dünya savaşından çox birinci dünya savaşını xatırladır. Ümid edək ki, bu minvalla biz üçüncü dünya savaşına gedib çıxmarıq, axı, bu ağılsız adam nüvə dəyənəyi ilə oynayır.
 
Demək olar ki, Putinin söykəndiyi ilkin hesablamalar özünü doğrultmayıb: Rusiya ordusu dünyanı özünün təkcə qəddarlığı ilə deyil, həm də səmərəsizliyi ilə təəccübləndirib. Qərbin cavabı birbaşa hərbi iştirakdan ibarət olmasa da, getdikcə genişlənir, Rusiya iqtisadiyyatı xarici aləmdən təcrid edilir.
 
Oliqarxların yaxtaları Avropa limanlarından Maldiv adalarına doğru üzür, Ben Kaspit yazır. Evlərin dağıntıları altında qalan uşaqların sayı artdıqca, etirazlar və nümayişlər də artacaq. Putin nə qədər güclü,  cilovsuz qəddar və ağılsız olsa da, hər şeyə qadir deyil.
 
Hələlik güc onun tərəfindədir. Lakin zaman keçdikcə, onun müharibədən qalib çıxması şansları azalacaq. Hətta Ukraynanı dağıtsa belə, o, nə xalqı, nə də onun tarixi irsini dəyişə bilməyəcək. Və ukraynanıların hər gün onu dayandırması şüurlar uğrunda savaşda kiçik qələbədir.
 
Amerika da son sözünü hələ deməyib, istisna deyil ki, bu söz çox təsirli olacaq. ABŞ prezidenti Putini nəzərdə tutaraq deyib: “O, qarşıda onun nələri gözlədiyindən anlayışı belə yoxdur”. Ümid edək ki, bu, boş sözlər olmayacaq.
 
BMT- nin baş katibi Antonio Qutteriş daha kəskin danışıb: “Ukraynaya hücum beynəlxalq hüququ və BMT Nizamnaməsinə əsaslanan çoxşaxəli sistemi sarsıdır. Münaqişənin dərinləşdiyi tədqirdə bəzi mümkün fəsdalar haqqında düşünmək belə dəhşət doğurur”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code