Lukaşenko Putinin gizli xəritəsini göstərdi

0
61

Təhlükəsizlik Şurasını toplayan Belarus Prezidenti Aleksandr Lukaşenko komandası ilə Rusiyanın hücumları barədə danışıb.

Medonline.az xəbər verir ki, Lukaşenkonun görüş zamanı xəritə üzərindəki çıxışı dünya mətbuatında gündəm olub.

Belə ki, xəritə araşdırıldığı zaman Ukraynanın 4 yerə bölündüyü görünür.

Lukaşenkonun qarşısında brifinq verdiyi xəritə Rusiyanın Ukrayna daxilində hücumlarını hansı istiqamətdə həyata keçirdiyini göstərir.

Xəritəyə görə, Rusiya Odessanı işğal edir və oradakı qoşunlarını da Moldova sərhədləri daxilindəki Dnestryanı bölgəsinə doğru hərəkətə keçirir.

Məsələni işıqlandıran beynəlxalq mətbuat bu xəritənin Putinin gizli planı ola biləcəyini bildirib.

Qeyd edək ki, AB baş diplomatı Jozep Borrell müharibənin ilk günlərində verdiyi açıqlamada Rusiyanın Moldovada təzyiqlərinin yaxın günlərdə arta, Qərbi Balkanlarda da oxşar vəziyyətlərin yaşana biləcəyini bildirib

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code