Azərbaycanda dəhşətli hadisə – Polis mayoru öldü – FOTO

0
25

Yevlaxda polis əməkdaşı xidmətdən kənar vaxtı qəzaya düşərək vəfat edib. 

Medonline.az Kriminalqafqaz-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 21:30 radələrində baş verib. 

Yevlax rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Faiq Cəfərov xidmətdən kənar vaxtı özünə məxsus “Chevrolet Cruze” markalı avtomobillə hərəkətdə olarkən “KamAZ” markalı yük maşını ilə toqquşub. 

Qəza nəticəsində ağır xəsarətlər alan F. Cəfərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

DİN Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code