Ukrayna ikinci ağır zərbəyə hazırlaşır: Əsas hədəf…

0
24

Rusiya ordusunun Ukrayna şəhərlərinə yeni zərbələri proqnozlaşdırılır.

Medonline.az  Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç canlı efirdə deyib.

O bildirib ki, əsas hədəf Ukrayna hərbi siyasi rəhbərliyinin, cəmiyyətin, medianın və vətəndaşların psixoloji sındırılması idi:

“Rusiya bu məqsədinə ilk gündə endirdiyi zərbələrlə çata bilmədi. Bu o deməkdir ki, növbəti sutkada onlar bu cəhdi təkrar edəcəklər. Yəni yeni zərbələr gözləyirik. Ola bilər ki, hökumət binası və yaxud Prezident ofisinə də zərbə endirilsin”.

O bildirib ki, ilk gündə parçalanmayıblarsa, növbəti günlərdə də dözəcəklər və bu, vərdişə çevriləcək:

“Artıq bu zərbələr daha az panika yaradacaq.

Biz ilk zərbəni dəf etdik, ancaq bu, qələbədən çox uzaqdır, daha pis olacaq. Görək, sabah nə baş verəcək. Mən yalnız bunu deyə bilərəm: sabah və birigün həlledici olacaq!”

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code