Soyqırımı dəhşətlərini anladan “Xocalı nişanəsi” – VİDEO

0
29

Xəbər verdiyimiz kimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində ötən il “Xocalı nişanəsi” bədii-sənədli qısametrajlı filmi lentə alınıb.

Medonline.az xəbər verir ki, filmdə Xocalıda qətlə yetirilən 5 yaşlı naməlum qızın hekayəsindən söhbət açılır. “Xocalı nişanəsi” kimi tanınan qızcığaz Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda amansızlıqla qətlə yetirilən 63 uşaqdan biridir. O, bütün ailəsi ilə birgə qətlə yetirilib və onun kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Filmin müəllifi Əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxan, operatoru Əhməd Barasov, bəstəkarı Azər Hacıəsgər, qrafikaçısı İlkin Turan, rəssamı Vüqar Qurbanovdur.

“Xocalı nişanəsi” kimi tanınan 5 yaşlı naməlum uşağın hekayəsi Ermənistan silahlı qüvvələrinin bəşəriyyətə qarşı cinayətini əks etdirir.

Ermənistan törətdiyi əməllərə görə beynəlxalq hüquqi məsuliyyətdən qaça bilməyəcək!

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code