14 min azərbaycanlının yaşadığı Ukraynanın şəhərindən -SON XƏBƏR

0
35

“Bu şəhərdə 14 min azərbaycanlı yaşayır. Əhalinin 80%-nin yaş aralığı 18-60 arasındadır. Vəziyyətin gərginliyi ilə əlaqədar olaraq şəhəri müdafiə üçün hər kəsə silah verilir”.

Bunumedonline.az-a açıqlamasında Ukraynanın Nikolayev şəhərində yaşayan Adil Babayev deyib:

“Azərbaycanlılar qərar verib ki, ehtiyac yarandıqda şəhərin müdafiəsinə qalxacağıq. Hazırda şəhərdə vəziyyət normaldır. Qonşu şəhərlərə nisbətən şəhər milli qvardiya, desant qoşunları, dəniz qüvvələri tərəfindən müdafiə olunur. Şəhər yarımadada yerləşdiyinə görə müdafiə üçün əlverişli mövqe var. Odessadan bizi ayıran körpü mövcuddur. Azərbaycanlılar müdafiəyə hazırdır, könüllü müdafiə dəstəsi toplanacaq.Gənclər Ukrayna Azərbaycanlıları Radasına müraciət ediblər. Yerli hakimiyyət orqanlarına da müraciət etmişik. Yerli müdafiə qüvvələrinə dəstək veririk. Hazırda hər şey nəzarət altındadır. Azərbaycanlılar bir-biri ilə sıx təmasdadır. Ukrayna xalqının yanındayıq!”

Qeyd edək ki, Mikolayev Ukraynanın cənubunda, Mikolayev vilayətinin idarə mərkəzi şəhəridir. Qara Dəniz sahilindən 65 km içəridə, Cənub Buq çayının mənsəbində yerləşir. Bu şəhərdə 14 min azərbaycanlı yaşayır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code