Rusiyanın Ukraynaya hücumu nəticəsində 40-dan çox insan həlak olub.
Medonline.az xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.
“Mən bilirəm ki, bu gün 40-dan çox ölü və onlarla yaralı var”, – Arestoviç bildirib.
xxx
11:44
Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın hücumu nəticəsində ölən və yaralananlarla bağlı yeni məlumat yayıb.
Medonline.az xəbər verir ki, indiyədək 8 nəfər ölüb, 9 nəfər yaralanıb.