Azərbaycanlı rejissorun Xocalı filmindən DƏHŞƏT DOLU KADRLAR – FOTO –

0
26

“Narimanfilm” kinostudiyasının istehsalı olan “Doğma torpaq” tammetrajlı bədii filminin tizeri yayılıb. 

Medonline.az xəbər verir ki, sözügedən kadrları filmin rejissoru İlqar Safat və baş rolda çəkilən model Rüstəm Cəbrayılov sosial şəbəkədə paylaşıb. Ekran işi ağır səhnələrlə diqqət çəkib. 

Qeyd edək ki, ekran işinin çəkilişləri Bakı, Qobustan, Qax, Zaqatala, Quba, Bərdə və işğaldan azad edilmiş torpaqlarımızda aparılıb, genişmiqyaslı layihədə mindən çox insan iştirak edib. Film Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarına, şəhidlərin xatirəsinə həsr olunub.

Bu, 80-ci illərin əvvəllərindən sovet dönəmini, minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarından qovulmasını, Qarabağın və Azərbaycanın ona bitişik rayonlarının erməni təcavüzkarları tərəfindən işğalını, Xocalıda törədilmiş soyqırımını əhatə edən bir hekayədir. Filmdə 30 ildən sonra nəhayət ki, Qarabağın işğaldan azad olunması da əks etdirilib. Layihənin əsas qəhrəmanı isə erməni təcavüzü zamanı kəşfiyyatçıya çevrilən qarabağlı bir meşəbəyidir.

Filmin premyerasının 26 fevral tarixində baş tutacağı gözlənilir, sonra əsərin beynəlxalq festivallarda təqdim edilməsi planlaşdırılır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code