Rusiya qoşunları Donbassın ardınca Kiyevə də girməyə hazırlaşır?

0
68

Rusiya prezidenti Vladimir Putinin ötən gün müstəqilliyi tanınan “Donetsk və Luqansk xalq respublikaları”ına “sülhün dəstəklənməsi üçün” qoşunların yeridilməsi barədə sərəncamının ardınca gecə saatlarında rus tanklarının nəhəng kalonları Donbassa daxil olub. Sosial şəbəkələrdə yayılan kadrlara əsasən Rusiya qoşunlarının Donetsk və Luqansk vilayətlərinə yeridilməsi davam edir. Qoşunların yeridilməsi başlayan saatlarda təmas xəttində tanklardan da istifadə olunmaqla atışmalar qeydə alınıb.

Hələlik Ukrayna rəhbərliyi Donbassa açıq müdaxilə edən Rusiya qoşunlarına müqavimət barədə qərar verməyib, amma hadisələrin sonrakı inkişafını proqnozlaşdırmaq çətindir.

Belə ki, Donbassa qoşunların yeridilməsinin ardınca Belarusda cəmləşdirilmiş Rusiya qoşunları da Ukrayna sərhədlərinin bir kilometrliyinə yeridilib. Bu da belə narahatlıqlara səbəb olub ki, Rusiya Donbassla kifayətlənməyib Ukrayna paytaxtı Kiyevi də tutmaq planları qurur.

Belarusun Ukrayna ilə sərhədyanı Komarin şəhərinin sakinləri ötən gecə Rusiya hərbi kalonlarının hərəkətini qeydə alıbar. Qoşunlar sərhədin 1 kilometrliyində mövqe tutub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code