Arayik Putinin qərarına dəstək verdi

0
29
Erməni separatçılarının rəhbəri Arayik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinin qondarma “Donetsk və Luqansk Xalq Respublikalarının” müstəqilliyinin tanınması ilə bağlı qərarını alqışlayıb.
 
Medonline.az xəbər verir ki, bu barədə Arutyunyan feysbuk hesabında yazıb.
 
“Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Donetsk və Luqansk xalq respublikalarının müstəqilliyini tanımaq qərarını alqışlayıram. Xalqların öz müqəddəratını təyin etmək və öz dövlətini qurmaq hüququ hər bir xalq üçün ayrılmazdır və beynəlxalq hüququn fundamental prinsipidir”, – deyə terrorçu başı Arutyunyan Ukrayna torpaqlarında qondarma rejim yaratmış separatçılara dəstəyini nümayiş etdirib.
 
Qeyd edək ki, Rusiya lideri Vladimir Putinin qondarma qurumların tanınması ilə bağlı qərarı dünya gücləri tərəfindən etirazla qarşılanıb.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code