Rusiya 1945-ci ildən bəri ən böyük müharibəni planlaşdırır – QORXUNC İDDİA

0
31

“Rusiya Kiyevi mühasirəyə almaq üçün işğal planı hazırlayıb”

Dünyanın diqqəti Rusiya-Ukrayna arasında hər dəqiqə artan gərginliyə yönəldiyi bir vaxtda Münhen Təhlükəsizlik Konfransına qatılan Böyük Britaniyanın baş naziri Boris Consondan narahatedici açıqlama gəlib.

Rusiyanın 1945-ci ildən bəri Avropada görülməmiş ən böyük müharibəni planlaşdırdığını deyən Conson, Co Baydenin qərb ölkə liderləri ilə kəşfiyyat məlumatlarını paylaşdığını da vurğulayıb.

Medonline.az-ın xəbərinə görə, Conson bildirib ki, Rusiya Kiyevi mühasirəyə almaq üçün işğal planı hazırlayıb.

“Bayden öz kəşfiyyat məlumatlarını bizimlə bölüşüb və dedi ki, Rusiya Ukraynanın paytaxtı Kiyevi mühasirəyə almaq üçün işğal planı hazırlayır. Rusiya Donbas vasitəsilə Ukraynaya daxil olmayacaq, əksinə Belarus vasitəsilə Kiyevi mühasirəyə alacaq”, – deyə Boris Conson bildirib.

İngiltərə Baş naziri Conson fikirlərini bu sözlərlə tamamlayıb: “Bütün əlamətlər işğala hazırlıqların başladığını göstərir. Qorxuram ki, Avropa 1945-ci ildən bəri ən böyük müharibə ilə üzləşəcəyik. Yalnız ukraynalılar deyil, rus gəncləri də öləcək. İtkinin hər iki tərəf üçün böyük ola bilər”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code