Putin ehtiyatda olanları orduya çağırdı – Müharibə Rostovdan “başladı

0
28

Ukraynanın hakim partiyası bəyan edib ki, “Rusiya Donbas əhalisini deportasiya edir”; BBC xəbər verir ki, kütləvi  köçürülmə  1 milyondan çox sakinini əhatə edə bilər    

Rusiya və Ukrayna sərhədində qaçqınlar səbəbindən yaranmış  gərgin vəziyyət davam edir.  “Luqansk Xalq Respublikası”nın  lideri Leonid Paseçnik bildirib ki, Rusiya Federasiyası insanları öz ərazisində yerləşdirməyə hazırdır. O, həmçinin kişiləri “LXR”-ı “müdafiə etməyə” çağırıb. Donetsk separatçılarının lideri Denis Puşilin də bildirib ki,  “DXR” hakimiyyəti əhalinin kütləvi şəkildə Rusiyaya təxliyəsini təşkil edir. Puşilinin sözlərinə görə, “ilk növbədə qadınlar, uşaqlar və qocalar təxliyə edilir”.

Kütləvi evakuasiya xəbərindən sonra ilk dəqiqələrdə Kremldən bu barədə heç nə bilmədiklərini söyləyiblər. Rusiya  Prezidentinin mətbuat katibi Dmitri Peskov “mən indi orada nə baş verdiyini bilmirəm” deyib, həmçinin əlavə edib ki, əhalinin köçürülməsinin Moskva ilə koordinasiya edilib-edilməməsindən xəbəri yoxdur.

Təxminən iki saat sonra məlum olub ki, Rostov vilayətinin qubernatoru Vasili Qolubev Vladimir Putinlə əlaqə saxlayaraq ondan kömək istəyib. Putin dərhal Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyanı Rostov vilayətinə getməyi  və qaçqınların qəbulu üçün şərait yaratmağı tapşırıb. 

Tanınmamış  “xalq respublikaları” ndan Rusiyanın Rostov vilayətinə 80-dək avtobusla qaçqınlar gəlib. Bu gün səhər saatlarında olan məlumata görə, 6 minədək adam Rostov vilayətinə gəlib. Gələnlərin əksəriyyəti ana və uşaqları, eləcə də yaşlı adamlardır. Rusiya Fövqəladə Hallar Nazirliyi qərargah yaradıb. Rusiya hökuməti hər bir qaçqın üçün 10 min rubl maddi yardım ayırıb .Orenburq vilayətinin qubernatoru Denis Pasler də bildirib ki, region təxliyə edilmiş sakinlərini qəbul etməyə hazırlaşır.

 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code