Orqanizmi yaza hazırlamaq üçün nə yeməliyik?

0
33

Bədəni yaza düzgün hazırlamaq üçün qidalanma yalnız balanslı deyil, həm də müəyyən maddələr və vitaminlərlə doldurulmalıdır. 

Medonline.az xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Olqa Evlaşeva danışıb. 

O, bildirib ki, güclü immun sisteminə sahib olmaq üçün balanslaşdırılmış qidalanmaq və mümkünsə, yüksək dərəcədə rəfinə olunmuş qidalardan uzaq durmaq lazımdır. 

“Onlarda rəfinə edilməmiş ərzaqlardan daha az qida dəyəri var. Gündəlik rasiona meyvə, tərəvəz, yağsız ət, balıq, tam taxıl daxil edin”, – Yevlaşeva bildirib.

Həkim mövsümi tərəvəz və meyvələr almağı tövsiyə edib O, qeyd edib ki, onlar adətən təbii şəraitdə yetişdirilir və yetişəndən dərhal sonra satışa çıxarılır, ona görə də daha təravətli olur və maksimum qida maddəsi ehtiva edir.

Dietoloq Anton Berdov da öz növbəsində soğan, sarımsaq, zəncəfil, limon və balın immunitetə yaxşı təsir etdiyinə inanır – onlar xəstəliyin əlamətlərini aradan qaldırmağa kömək edir. Eyni zamanda, unutmaq olmaz ki, bunlar dərman deyil, immunitetin təbii stimulyatorlarıdır.

 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code