Ölkədə koronavirus tüğyan edir, amma buna əhəmiyyət verən yoxdur

0
27

“Ölüm sayları qeydə alınsa da, bu məqamların olması bizə imkan verir ki, sərt addımlar atılmasına gedilməsin”

Ölkədə koronavirisun “Omikron” ştamına yoluxma statistikası rekord üzərindən rekord qırmaqdadır. Artıq, rəqəmlər 7 mini ötüb və 10 min-ə yaxınlaşmaqdadır.  Ölüm sayı da narahatlıq doğuracaq haldadır. Lakin 20-21-ci illərlə müqayisədə, cəmiyyətdə və dövlətdə heç bir ajiotaj, sərt qapanma çağırış və addımları, panik əhval-ruhiyyə yoxdur. Artıq “Omikron”a yoluxan insanlar bunu ayaq üstə, bəzən də evlərində müalicə alaraq, keçirtməyə üstünlük verirlər.

Medonline.az-in əməkdaşları, bir neçə tanınmış siyasi xadim bu yazı müəllifinin gözləri önündə “Omikron” ştamının əlamətlərinin bariz göstərişləri ilə xəstəliyi gəzərək, heç bir xüsusi müalicə almadan arxada qoydular. Nələr baş verir? Koronavirus artıq azərbaycanlılar, hətta dünya üçün adiləşdimi? Biz bu qorxunc illətlə yaşamağa alışdıqmı? Bəs öncəki iki ildə bu qədər qapanmalar, panikalar, qorxular, tədbirlər boşuna idimi? ÜST bizimlə eksperimentmi keçirdi, yoxsa onlara da səhnə tam aydın deyildimi? Yoluxmanın indiki rəqəmlərindən qat-qat az olduğu bir dönəmdə niyə az qala bütün dünya qapandı, amma indi rəqəmlər dəhşətli dərəcədə yüksəkdir, amma heç bir təlaş yoxdur, təyyarələr uçur, turizm sənayesi işləyir, restoranlar, mağazalar açıq, toylar keçirilir…

Tanınmış ekspertlər mövzu ilə bağlı “Yeni Müsavat”ın bu və digər suallarını cavablandırıblar.

Bizimlə söhbətdə həkim-infeksionist Nicat Əzimli mövzunu belə şərh edib: “İnsan təbiətində belə bir xüsusiyyət var ki, hər hansı yeniliklə rastlaşdıqda maksimal dərəcədə ehtiyatla davranır. Fərqi yoxdur, bu yenilik müsbət və ya mənfi xarakterli olsun. Xüsusilə də pandemiyadan, insanları öldürən virusdan söhbət gedirsə, yeni virus aşkar olunduqda bütün dünyanın buna qarşı tədbirlər alması tam təbii gedişat idi. Bu belə də olmalı idi. Hər bir şəxs fərdi şəkildə və ya dövlətlər və ya qurumlar toplu şəkildə buna qarşı qərarlar qəbul etdi, tədbirlər gördü. Ümumdünya Səhiyyə Təşkilatının da bununla bağlı xəbərdarlıqlar etməsi, qapanmalara çağırış və digər məsələlərdə üzərində möhkəm durması kimi davranışları normal idi. Nəzərə alsaq ki, indiki dövrdə vaxtında müraciətlə xəstələri yüz faiz sağaltmaq mümkündür. Xəstəxanaya yatışların və ölümlərin qarşısını almaq mümkündür. Əlimizdə effektiv preparatlar var. Xəstəliyin sınanmış müalicə metodları var. Xəstəliyə qarşı effektivliyi nə qədər azalmış olsa da, vaksinasiya da var. Bundan istifadə edə bilirik.  Xəstəliklə mübarizə apara bilirik. Amma xəstəliyin yeni aşkarlandığı dövrdə, hələ nə dərəcədə letal, nə dərəcədə yoluxucu, insanlar üçün nə dərəcədə ağırlaşma verəcəyi mövzusunda heç bir elmi məlumatlar olmadığı dövrdə bu qədər sürətlə xəstəliyə yoluxmaların artması müəyyən dərəcədə təşvişə səbəb olurdu. Ona görə də dövlətləri və digər qurumları böyük miqyaslı tədbirlər görməyə vadar edirdi.

Oxu.az - İnfeksionist: “Omikron” daha çox yuxarı tənəffüs yollarına,  “delta” isə ağciyərlərə təsir edir - MÜSAHİBƏ

Nicat Əzimli 

İndi isə yoluxmalar çox olsa da, xəstəxanalarda kifayət qədər şərait var, səhiyyə sistemi koronavirusla mübarizədə avadanlıq, çarpayı baxımından çatışmazlıq yaşanmır. Səhiyyə sistemində sırf pandemiya üzrə təyinatlanmış xəstəxanalar mövcuddur. Peşəkar həkimlərimiz, tibb personalımız var. Dərman preparatları ilə müalicə aparılır və vaksinasiya davam etdirilir. Bunlar haqqında elmi araşdırmalar, gələcək proqnozlar mövcuddur. Bütün bunları nəzərə alsaq, bu gün qapanmalara ehtiyac yoxdur. Müəyyən vasitələrdən istifadə edərək  vəziyyətin daha da təhlükəli hala gəlib çıxmasının qarşısını qismən almaq mümkün olur. Nə qədər yoluxma çox olsa da, insanların bir qismi vaksin olunub, müxtəlif preparatlarla  ağırlaşmaların qarşısını almaq olur. Ölüm sayları qeydə alınsa da, bu məqamların olması bizə imkan verir ki, sərt addımlar atılmasına gedilməsin”.

N.Əzimli öncədən verilən proqnozlar haqqında da danışıb: “Biz nə qədər öncədən proqnozlar versək də, bəzən heç də hər şey proqnoza uyğun getmir. Xüsusilə də koronavirus pandemiyası dövründə bunun şahidi olduq ki, xəstəliyin ölümcüllüyü, letallığı, yoluxuculuğu vaxtaşırı artdı. Bunları nəzərə alaraq gələcəklə bağlı proqnoz verdikdə, sadəcə, təxmin etdiyimizi bildiririk. Ümid edirik ki, bundan sonra xəstəlikdə yeni mutasiyalar olacaq, amma bu mutasiyalar xəstəliyin daha da yüngülləşməsinə, daha az təhlükəli  hala gəlməsinə gətirib çıxaracaq, qapanmalar və digər sərt tədbirlərə gələcəkdə ehtiyac olmaz”.

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

Mərdan Əliyev

İnfeksionist-hepatoloq  Mərdan Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Deyilənlərdə haqq var. Yoluxma saylarında yeni rekordlar olur. Amma burada əsas məsələ ”Omikron”la bağlıdır. “Omikron” yeni variantdır. “Delta”dan patogenliyi dəfələrlə aşağıdır. Yadınızdadırsa, bundan qabaqkı dalğalarda virus variantlarının patogenliyi və virulentliyi çox aşağı idi. Ölüm və ağır keçirmə halları həddən artıq çox idi. Yoluxma sayında artım, xəstəxana şəraitində yatanların, ölüm hallarının sayı çox idi. Xəstəxanaların reanimasiya şöbələrində yer yox idi. Çox adam çöldə qalırdı. Məcbur olub ağır xəstələri ev şəraitində müalicə edirdik. İndi isə vəziyyət fərqlidir. Aktiv xəstə sayı çoxdur, amma xəstəxanalarda da yer çoxdur. Belə halda məhdudiyyətlərə getməyə ehtiyac yoxdur.  Karantin qaydalarına heç bir dövlət rahat şəkildə getmir. Çünki məhdudiyyətlər dövlətin iqtisadiyyatına kifayət qədər zərər vurur. İndi buna ehtiyac yoxdur. “Omikron”un virulent və patogenlioyində zəifləmənin olması yüksək yoluxma sayını rahat şəkildə keçirməyimizə imkan verir”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code