“Omikron”u kəşf edən həkim: “Təzyiq altında idim”

0
29

“Omikron” variantını kəşf edən cənubi afrikalı həkim Anjelik Kutsi dünyanın hər yerindən elm adamları və siyasətçilər tərəfindən təzyiqə məruz qalıb. 

Medonline.az-ın xəbərinə görə, “Daily Telegraph” qəzetinə danışan A.Kutsi deyib ki, ona “omikron” variantını yüngül təsvir etməməyi tapşırıblar.

“Cənubi Afrikada bu xəstəlik daha yüngüldür, lakin Avropada ciddidir. Məni yalan danışmaqda və “omikron”u zəif adlandırmaqda ittiham edirlər. Onlar üçün 38-dən çox mutasiyaya uğrayan xəstəliyin yüngül olması mümkün deyil. Lakin Cənubi Afrika variantına yoluxanlar “delta” ştamına nisbətən daha yüngül simptomlar yaşayır, adətən yalnız boğaz ağrısı və yorğunluq hiss edirlər”, – həkim qeyd edib.  

Cənubi Afrika Tibb Assosiasiyasının prezidenti Anjelik Kutsi peyvənd olunmayanlar üçün “omikron”un daha ciddi təsirləri olduğunu bildirib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code