“Natavan Həbibi Aygün Kazımova deyil ki, onu tanıyım, incəsənətə xələl gətirib nə etmişik ki?”

0
30
Xalq artisti Elmira İsmayılova Medonline.az-ın suallarını cavablandırıb.
 
-Elmira xanım, bu gün demək olar ki, sənət fəaliyyətiniz yoxdur. Teatr, çəkilişlər üçün darıxmırsınız?
 
-Xeyr, teatr üçün yox, amma “5 gəlin” televiziya verilişi üçün darıxıram. Bilirsiniz ki, mən orada qaynana obrazı yaradırdım, mütəmadi olaraq tamaşaçıların görüşünə gəlirdim. Pandemiyaya görə bu verilişi dayandırdılar, daha sonra davamı gəlmədi. Çünki verilişin kollektivi çox idi, yaxından ünsiyyət edirdik. 
 
-Bu layihə “SOY” prodakşının layihəsi idi. Oğlunuz, tanınmış prodüsser Oqtay Əliyev də televiziya sahəsində böyük layihələrə imza atan şəxsdir. Bir aktrisa kimi yox, ana kimi oğlunuzdan hansısa layihə gözləntiniz olub?
 
-Xeyr! Heç vaxt demərəm! Oğlum olsa da ərk edib deməmişəm ki, mən filan layihədə çıxış etmək istəyirəm. Çünki hər kəsin öz ideyası, fikirləri var. Sifarişlə veriliş etmirlər ki! Düzdü, “5 gəlin” oğlumun prodakşının istehsalı idi, amma layihə rəhbəri, rejissoru Siyavuş Hüseynli idi. Oqtaylıq bir şey yox idi! Əvvəl başqa bir şəxslə çalışdılar, gördülər ki, onda alınmır, işləyə bilmir. Ondan sonra müvəqqəti olaraq məni çağırdılar. Sonra elə oldu ki, davamlı olaraq mən verilişdə qaynana obrazı yaratdım.
 
 
-Bu gün sizi kimlər yada salır?
 
-İrəvan Dövlət Azərbaycan Dram Teatrının demək olar ki, bütün kollektivi mənimlə maraqlanır. Zəng edib, hal-əvhal tuturuq. Sağ olsunlar!
 
-Niyə bəs yenidən çəkilişlərə qatılmırsınız?
 
-Mənim sağlamlığım imkan vermir, üstünüzə sağlıq belimdə problemlər var. Özüm də çəkilişlərə əhəmiyyət vermirəm. Kinostudiyadan dəfələrlə zəng edib deyiblər ki, kastinqdir, şəkilinizi göndərin, demişəm ki, mən istəmirəm. Hələ ki, çəkilişlik deyiləm. Yaxşı olsam gedərəm. Teatrda istədiyim bütün obrazları oynamışam, ona görə də indi o qədər də obraz həsrətində deyiləm.
 
-Elmira xanım, Natəvan Həbibi sizin ailənizi “Azərbaycan incəsənətinə ən böyük zərbə vuran ailə” adlandırıb. İstərdim bu mövzu barədə də mövqeyinizi öyrənim.
 
-Vallah sözün düzü mən mətbuatı izləmədiyim üçün bu söz-söhbətlərdən də xəbərsizəm. Azərbaycan incəsənətinə xələl gətirib nə etmişik ki?! O nəyi nəzərdə tutur? Ümumiyyətlə Natavan Həbibi kimdir ki?
 
-Natavan Həbibi müğənnidir…
 
-Vallah mən heç onu tanımıram. Heç adını da eşitməmişəm, efirlərdə də görməmişəm. Tanımadığım insan haqqında nə fikir söyləyə bilərəm? Natəvan Flora Kərimova, Aygün Kazımova, Azər Zeynalov, Zülfiyyə Xanbabayeva deyil ki, onu tanıyım! Nə istəyirsə qoy desin, nəsə danışmaq istəyirsə qoy danışsın. Mən elə şeylərə əhəmiyyət verən insan da deyiləm, onun tay-tuşu da deyiləm. Cavandır?!
 
-Bəli! Cavandır, amma kifayət qədər məşhur müğənnidir.
 
-Vallah, indiyə qədər onun haqda nəsə eşitməmişəm. Televiziyada da görməmişəm heç.
 
-Televiziyalara çıxmır, qalmaqal da elə buradan qaynaqlanıb.
 
-Bu onun öz fikridir! Mən ona qadağan edə bilmərəm ki, sən belə düşünmə! Adam var ki, deyir addımımı burdan ora qoymaq üçün mənə filan qədər pul verin! Mən nə deyə bilərəm ki? Amma mənim borcum deyil ki, onu tanıyım! Bilmirəm ki, oxuyandır, qocadır, cavandır, rəqs edəndir.
 
-O illərdə də mətbuatda belə qalmaqalların şahidi olurdunuz?
 
-O vaxt tərbiyə var idi, indi isə hər yer bazardır! Kim harada nə istəyirsə ağzını açıb danışır! Onların fikrincə guya bu azadlıqdır, daha demirlər ki, tərbiyəsizlikdir! Bu qalmaqalları uşaq oyuncağı hesab edirəm, iki uşağın bir-biri ilə didişməsidir elə bil. Bu sənət deyil!
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code