Vüsalə Əlizadədən ETİRAF: “O aktyora içimdə böyük nifrət var idi”

0
30

Aparıcı Vüsalə Əlizadə maraqlı etirafı ilə gündəmə gəlib.

Medonline.az xəbər verir ki, o, aparıcısı olduğu “7 canlı” verilişində azərbaycanlı aktyorların peşəkarlığından danışıb. Əlizadə mərhum Xalq artisti Muxtar Maniyevin oynadığı rolları peşəkarcasına canlandırdığını deyib və onunla bağlı etiraf edib:

“Rolu elə canlandırırsan ki, tamaşaçı səni həyatda da o insan kimi görür. Biz uşaqlıqdan belə böyümüşük. Bizim dəyərli aktyorlarımız mənfi rolları o qədər peşəkarcasına ifa ediblər ki… Mən illər sonra Universitetdə oxuyanda dəyərli sənətkarımız Muxtar Maniyevi sevməyə başladım. Amma o, mənfi obrazları elə canlandırmışdı ki, mənim içimdə ona qarşı nifrət var idi”.

Ətraflı videoda:

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code