Bakıda ŞOK: Arvadını kişilərlə görüşə göndərib körpəsini öldürdü – FOTOLAR

0
27

2021-ci il mayın 30-u saat 03:05-də 40-cı Polis Bölməsinin növbətçi hissəsindən Binəqədi rayon Prokurorluğuna 2020-ci il təvəllüdlü Ruzi Əliyevin yaşadığı evdə ölməsi baradə məlumat daxil olur. İlkin məlumata görə, körpənin anası Şəfiqə Qədimova işdən evə qayıdanda, qapını ona içkili vəziyyətdə olan əri Vüsal açır. Ana içəri daxil olub, uşaq arabasında, sifətində mavi rəngli papaq olan övladını, papağı kənara çəkəndə isə üzündə qançırların olduğunu görür. O, tez evə həkim çağırır. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri uşağın öldüyünü deyirlər… Dərhal hadisə ilə bağlı polisə məlumat verilir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanır.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ruzi Əliyevin ölümünə – ağız-burun dəliklərinin əllə qapanmsı nəticəsində yaranmış asfiksiya səbəb olub. Körpənin atası, 1992-ci il təvəllüdlü Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilir.

Lent.az bildirir ki, istintaqla müəyyən edilib ki, Vüsal Əliyev son 7 il ərzində qeyri-rəsmi, ər-arvad kimi yaşadığı Şəfiqə Qədimovanın 2020-ci ilin noyabr ayında dünyaya gətirdiyi övladı – Ruzi Əliyevin atasının başqası olduğunu düşünüb. Oğlanın öz övladı olmadığını bildirərək qadınla dəfələrlə mübahisə edib. Axırıncı dəfə, 2021-ci il mayın 29-da axşam, kirayə yaşadıqları evdə spirtli içkinin təsiri altında olarkən aralarında növbəti münaqişə baş verib. Uşağın ağlamasından, özünün isə ona qayğı göstəməyə məcbur olmasından əsəbləşib, arvadına pul müqabilində kişilərə cinsi xidmət göstərməsi üçün evdən getməsini tələb edib. Mayın 30-u gecə saat 0:50-də uşaq arabasında olan oğlanın ağız-burun dəliklərini sağ əli ilə sıxıb saxlayaraq Ruzi Əliyevi öldürüb.

Bakıda ŞOK: Arvadını kişilərlə görüşə göndərib körpəsini öldürdü

“Düşündüm ki, uşaq məndən deyil çünki…”

İş üzrə dindirilmiş Vüsal Əliyev bildirib ki, hərbi xidmətdən sonra yaşadığı Göygöl şəhərindən Bakıya köçərək avtovağzalda şirniyyat satışı ilə məşğul olub. Elə orada Şəfiqə Qədimova ilə tanış olub, Motodrom yaşayış massivində ayrı-ayrı ünvanlarda kirayədə qalıblar:

“Oğlum Ruzi anadan olmazdan əvvəl növbəti dəfə Şəfiqə ilə dalaşdığım üçün o, küsüb rayona, anasının yanına getmişdi. 4 aya yaxın orda qaldı. Tez-tez barışmaq üçün zəng edirdim. Buna görə, məni bağışlamışdı. Evə qayıdanda Şəfiqə məndən hamilə olduğunu bildirdi. Buna inanmadım, çünki uzun müddət arvadımı görmürdüm. 2020-ci il noyabrın 11-də oğlum dünyaya gəldi. Uşaq xəstə olsa da, onu müalicə etməyə imkanımız yox idi. Günəmuzd fəhlə işləyirdim. Şəfiqə özü də vaxt olanda limon satmaqla məşğul idi. Bəzən isə gecələr “20 yanvar” metrosunun yaxınlığında cinsi xidmət müqabilində pul qazanırdı. Şəfiqə işlədiyi günlər evə 90 manat pul gətirirdi. Hadisə günü Şəfiqənin güzgünün qarşısında bəzəndiyini görüb, ondan hara getməsi ilə maraqlandım. O da dayısıgilə gedəcəyini dedi. İnanmadığım üçün aramızda mübahisə yarandı. Bu zaman Şəfiqə etiraf etdi ki, kirayə pulunun vaxtı çatdığına görə müştəri yanına gedir. Mən də razılaşıb, ona getməyə icazə verdim. Uşaqla evdə tək qalmışdım. Mağazaya gedib, özümə pivə aldım. Qayıdıb, bir az yatdım. Çarpayımın yanında, uşaq arabasında yatan Ruzinin ağlamaq səsinə oyandım. Uşağa düyü hazırlayıb yedizdirdim. Təxminən saat 1 radələrində uşaq yenidən ağlamağa başlayanda, sağ əlimlə 10-15 saniyə Ruzinin boğazını sıxıb, saxladım. Fasilə verib 10 dəqiqədən sonra, sağ əlimin içərisi ilə uşağın ağzını sıxdım. Öldüyünə əmin olandan sonra Ruzinin üzünü papaqla örtüb yatdım. Gecə saat 2-yə yaxın səsə yuxudan oyanıb, qapını açdım. Şəfiqə içəri daxil olub Ruzinin üzündə papağı gördü. Daha sonra “uşağa neynədiyimi?” soruşdu”.

Qadın Vüsalın Ruzini öldürdüyünü bilən kimi qışqırmağa başlayıb. Təcili Tibbi Yardım Stansiyasının həkimləri gəlib, uşağın artıq öldüyünü deyiblər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code