Seyran Səxavət:“Bizə xəstə dahi yox, sağlam dəli lazımdır”

0
34

Yoluxma sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Bunu yeni ştammla əlaqələndirirlər. Amma “əsas səbəb karantin qaydaları yumşaldıqdan sonra insanların arxayınlaşması oldu” deyə düşünənlər də var. Maraqlıdır, virusdan necə qorunmalıyıq?

Yazıçı Seyran Səxavət Yenisabah.az-a açıqlamasında deyib ki, o özünü maksimum qorusa da, yenə virus onu yaxalayıb: “COVİD19 çıxandan bəri özümü virusdan qoruyurdum. Ayın 23-də qoruya bilmədim. Virusa yoluxdum. Sağaldığıma görə deyirəm. Xoşlamıram, xəstə olduğum halda məbuata açıqlama verim. Necə qorunmaq lazım olduğunu mütəxəssislər daha yaxşı bilərlər. Xaqlın içində yaşayan, onlarla daima ünsiyyətdə olan biri kimi onu deyə bilərəm ki, gəlin virusa ciddi yanaşaq, özümüzü və yaxınlarımızı qoruyaq”.

Yazıçının sözlərinə görə, insanlar virusa öz qohumları kimi baxırlar: “Biz yıxılıb ölməyincə demirik ki, xəstəyik. Xəstəliyə qeyri-ciddi yanaşırıq. Virusa da bir əmioğlu, xalaqızı kimi baxırıq ki, bizə dəyməz. Bu bizim psixologiyamızdadır. Milli şüurla bağlı olan bir şeydir. Lakin bu çox böyük bir məsələdir. Virus bizim qohumumuz deyil. O bizim qalib xalq olduğumuzu belə bilmir. Qeyri-mütəxəssis kimi deyə bilərəm ki, ciddi yanaşmaq lazımdır. Vəssəlam”.

S.Səxavət qeyd edib ki, artım varsa, məktəblər bağlanmalıdır: “Artım varsa, məktəblər də bağlanmalıdır. Bizə xəstə dahi yox, sağlam dəli lazımdır. Yoluxanlar günü gündən çoxalır. Fikirləşək ki, bu nədəndir. Operativ Qərargah diqqət etsin ki, nədən sonra artım olur, nədən sora azalma. Artmaq, azalmaq xoşagələn deyil. Belə çıxır ki, bu işlə ciddi məşğul olmurlar. Artıq iki ildir ki, xəstəliklə mübarizə aparırıq. İki il müddətində doğurdanmı biz heç nə anlaya bilmədik. İki ildir can bir qəlb olmuşuq. Lakin hələ də virusla necə davranmaq lazım olduğunu bilmirik. Operativ Qərargah bir nəticə çıxartsın”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code