12 yaşında Xocalıda hər iki valideynini itirən xanım DƏHŞƏTLİ FAKTLARI AÇDI: 20-25 qızımızı…

0
26

Budəfəki həmsöhbətim Milli Qəhrəman Tofiq Hüseynovun qızı, Xocalı soyqırımında hər iki valideynini itirən 25 uşaqdan biri Yasəmən Hüseynovadır. Onunla 30 il əvvəl erməni vandallarının törətdikləri Xocalı soyqırımı, soyqırımının izlərinin ört-basdır edilməsi üçün qazılan kütləvi məzarlıqlar, həmin kütləvi məzarlıqların qazılması prosesində yaşanan dəhşətlər barədə söhbətləşdik. 

Yasəmən Hüseynova Medonline.az-a müsahibəsində bildirdi ki, vəhşi ermənilər Xocalıdakı kütləvi məzarlıqları elə bizim öz girovlarımıza, əsirlərimizə qazdırıblar. 

– Yasəmən xanım, itkin düşən, taleyindən xəbərsiz olduğunuz doğmalarınız çoxdurmu? Sizdə hər hansı məlumat varmı, ermənilər kütləvi məzarlıqları hansı şəraitdə qazırdılar?

– 30 ildir ki, mənim doğmalarımın, əzizlərimin məzarı yoxdur. Onların taleyindən hələ də xəbərsizik. Hamı kimi mən də istəyərəm ki, anamın, ən əziz doğmalarımın məzarı olsun. İstəyərəm ki, mən də hamı kimi öz torpağıma, Xocalıma qayıdım. 30 il bundan əvvəl erməni vandallarının, barbarlarının törətdiyi Xocalı soyqırımı zamanı anamla bərabər kəndimizin sakinlərinin bir çoxunu qətlə yetirdikdən sonra quyuya, xəndəklərə doldurub üzərlərini örtüblər. Özü də həmin kütləvi məzarlıqların hamısını azərbaycanlı əsirlərə qazdırıblar. Əsirlikdən qayıdan qohumlarımız, qonşularımız deyirdi ki, kütləvi məzarlıqlar qazılandan sonra insanları öldürürdülər. Sonra quyuya, xəndəklərə atırdılar. Bununla da ermənilərin ürəkləri soyumurdu. Əvvəlcə meyitlərin üzərinə benzin töküb cəsədlərə od vururdular, bundan sonra həmin quyuların üzərini torpaqla örtürdülər. Bunlar sözlə ifadəsi hallar deyil. Sanki yenidən o günlərə qayıdıram, o dəhşətləri yaşayıram. Hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm. 

– Bəs ananızın, digər itkin düşən şəxslərin meyitlərinin, nəşlərinin qalıqlarının tanınması üçün sizdən də nümunələr götürülübmü?

– Bəli. Bir neçə il bundan əvvəl ağız suyundan və saçımızın telindən nümunələr götürülüb. Götürdülər ki, heç olmasa, anamın sümüklərini tapa bilək. Onları kütləvi məzarlıqlardan çıxararaq müsəlman adət-ənənələri ilə dəfn edək. Bunun özü mənə, mənim kimi 30 ildir doğmalarının yolunu gözləyən, kütləvi məzarlıqlarda basdırılan, taleyindən xəbər alınmayan insanların qohumları üçün böyük təsəllidir. Əsas arzum Xocalımıza qayıtmaqdır. İkinci bir arzum isə Quba Soyqırımı Məzarlığı kimi Xocalıda da o cür soyqırımı məzarlığının yaradılmasıdır. Biz ermənilərin bu vəhşiliklərini dünyaya çatdırmaq, ölkəmizə gələn turistlərə, xarici qonaqlara göstərmək üçün bu cür soyqırımı memorial kompleksini  Xocalıda da yaratmalıyıq. 

– Ermənilərin kütləvi məzarlıqları zorla qazdırdıqları keçmiş əsirlər, girovlar bu barədə nələr danışırdılar?

– Həmin dəhşətləri, işgəncələri görənlərin çoxu əsirlikdən, girovluqdan azad olunduqdan sonra burada çox yaşamadılar. Ermənilər təkcə dirilərə yox, ölülərə də işgəncə verirdilər. Barmağında üzüyü olanların üzüklərini çıxarmaq üçün barmaqlarını kəsiblər. Ağızlarında qızıl dişi olan meyitlərin dişlərini vəhşicəsinə söküblər. Yəni, meyitlərimizi elə hala salırdılar ki, onları tanımaq olmurdu. Hətta əsirlikdən qayıdanların bəziləri danışmırdılar. Çünki ağlagəlməz vəhşiliklər ediblər və dillə deyiləsi şeylər deyil. Allah ermənilərin kökünü kəssin, mənim əzizlərimə, doğmalarıma da o cür işgəncələr veriblər. Görmüşük ki, kişi gedər döyüşə, vətən yolunda şəhid olar. Bəs günahsız qadınların, mənim anamın, 20 yaşlı xalam qızı Çinarənin günahı nə idi?! Onun meyitinin fotosu da var, ermənilər onu öldürəndən sonra qolunun birini kəsiblər. Dizindən də güllə yarası almışdı. Üzü tanınmaz halda idi. Xalam oğlu Çingizin də üzü tanınmırdı. Biz güclə onu müəyyənləşdirə bilmişdik. Xocalı soyqırımında çəkilən fotoların hamısı sübutdur.

– Əsirlikdən qayıdanlar Xocalıdakı kütləvi məzarlıqların yerini deyirdilərmi?

– O haqda heç nə deyə bilmərəm. Mən əsirlikdə olmamışam. 12 yaşım var idi. Kəndimizi tanıyıram. Ağacları, həyətləri indi də yadımdadır. Təbii ki, ağaclar, tikililər indi qalırsa… Əsirlikdən qayıdanların çoxu isə indi dünyada yoxdur. Yəqin ki, həmin məzarlıqlar Xocalının içərisində ola bilməz. Dəqiq bilməsəm də, düşünürəm ki, kənddən bir az aralı yerlərdə ola bilər, məsələn, bizim evin yuxarı hissəsində yoncalıq vardı. Eləcə də “Kontor” deyilən başqa bir məkan… Yəqin ki, kütləvi məzarlıqlar da açıqlıq ərazilərdədir. Hər halda, evlərin həyətində, məhəllələrdə, küçələrdə kütləvi məzarlıqlar, quyular qazıb meyitləri oraya tökəsi deyildilər. Bizim evin eyvanından baxanda yoncalıq var idi, çay axırdı. Mənə elə gəlir ki, kütləvi məzarlıqları da ermənilər orada qazdıraraq meyitləri basdırıblar. Onu da öz xeyirləri üçün etməyiblər. Kəndin içindəki meyitləri ona görə yığıb quyularda basdırıblar ki, xarici jurnalistlər gəlib onları görməsinlər. Hətta mənim anamın şəklini ermənilər internetə özlərinin başına gətirilən “soyqırımı” fotosu kimi təqdim edirdilər. Sonradan mən sübut etdim ki, bu, mənim anamın fotosudur. Çünki anamın evdə geyindiyi paltarlara qədər hamısı yadımda qalıb. Xocalı soyqırımında ermənilərin azərbaycanlılara qarşı hansı vəhşiliklər törətdiyini fotoların yaddaşına köçürən rusiyalı fotojurnalist Viktoriya İvleva mənim anamın meyitinin də şəklini çəkmişdi. Həmin qadın Bakıya gəlib o fotoları təqdim edəndə bildirdi ki, bu fotoları çəkmək üçün ermənilər onun qarşısında şərt qoyurlar. Deyirlər ki, bu fotoları çəkəndən sonra bütün dünyaya car çək ki, fotodakılar ermənilərdir və ermənilər “soyqırımına” məruz qalırlar. Şəkillərin çəkilməsinə ona görə izn veriblər. 

 

– Rəsmi rəqəmlərə görə, 150 nəfərin taleyindən bu günə kimi xəbər yoxdur.

– Onların sayı daha çoxdur. Tək mənim babam, nənəm, xalam, xalamın iki övladı, anam, atamın bacısı, atamın əmisi oğlanları, atamın xalası oğlanları bu günə qədər yoxdurlar. Əmim polis idi, Bakir Hüseynov… O da itkinlər arasındadır. Bunların məzarları da yoxdur. Qonşularımızdan onlarla adam yoxdur. Ən yaxın qonşumuzdan – ata və qızından bu günə kimi hər hansı məlumat ala bilməmişik. Qonşumuz Rəsmiyyənin 20 yaşı var idi. Yoxdur. Anası qızım deyə-deyə dünyadan köçdü. 4 qardaşın bir bacısı idi. Ailə qurmamışdı. Əsirlikdə olanlar danışır ki, camaatın içərisindən 20-25 nəfər cavan qızımızı yığıb apardılar. Rəsmiyyə sağ qalsaydı, indi nəvəsi var idi. Cavan qız gedib erməni əlinə düşdü. Anası onun dərdindən dünyasını dəyişdi. 

– Soyqırımıdan sonra kimlərinsə meyitləri tapıldımı?

– Bizim qohumlardan yalnız anamın anasının, nənəmin meyitini gətirdilər. Onun da üzü tanınmaz halda idi. Biz tanıya bilməmişdik. Bircə xalam tanıdı ki, o, mənim Zeynəb nənəmdir. Onun da meyitini aparıb Ağdərədə dəfn etdik. Sonra Ağdərə işğal olundu. O da erməninin əlində qaldı. Ermənilər məzarları da dağıdıblar. Gedib nənəmin məzarını tapa bilmirik. Mənim xalam erməni əsirliyində olub. 3 gün onların əlində qalıb. Onun sağ qalması da möcüzədir. Yanında yaşlı qadın olub, xalam o vaxt təzə ailə qurmuşdu, cavan idi. Ermənilər içəri girib ki, xalam kimi cavan qızları, gəlinləri yığıb aparsınlar. Xocalıdakı Əntiqə xala xalamın üzünə, gözünə, qollarına qoyun peyinindən sürtüb, belinə şal bağlayıb ki, xalam yaşlı görünsün, onu aparmasınlar. O vaxt ermənilər girovları mal-qoyun tövlələrində saxlayırdılar. Nə qədər cavan qızı, gəlini yığıb aparıblar. Xalamı 3 gün sonra Azərbaycan tərəfinə təhvil vermişdilər. Xalam elə şeylər danışır ki, onu ifadə etmək mümkün deyil. Deyir ki, gördüklərim mənimlə qəbrə gedəcək… Ermənilər atamın əmisi oğlu Mehman əminin dilini kəsiblər. Boğazına zəncir salıb darvazaya bağlayıblar. Çoxlarının dərisi soyulub, başları qoparılıb ermənilər tərəfində

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code