Xocavənddə DƏHŞƏTLİ HADİSƏ: Çox sayda Türkiyə vətəndaşı… – RƏSMİ – YENİLƏNDİ

0
24

Xocavənddə şirkət avtobusunun qəzaya uğraması nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşirilib.

Səhiyyə Nazirliyindən Medonline.az-a verilən məlumata görə, onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.

xxx

Ötən gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların sayı açıqlanıb.

Füzuli Rayon Mərkəzi Xəstəxanasından (RMX) “Report”a verilən məlumata görə, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Bundan başqa, Füzuli RMX-də olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.

xxx

Bu gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

Bu barədə Medonline.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumatda bildirilir ki, qəza Xocavənd rayonu ərazisində baş verib.

“Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var. Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə daha ətraflı məlumat veriləcək”, -deyə agentlikdən bildirilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code