Azərbaycanda məktəblər bağlanmalıdır, yoxsa… – AÇIQLAMA

0
28

“Koronavirusa yoluxma ilə bağlı statistik rəqəmlər təhlükəli həddədir. Hazırda ölkədə 9 məktəb və 299 sinif yoluxma halları müşahidə edildiyinə görə distant təhsilə keçib. Amma ölkədə fəaliyyət göstərən bütün təhsil ocaqlarının distant təhsilə keçilməsi gözlənilmir. Buna ehtiyac yoxdur. Ona görə ehtiyac yoxdur ki, hazırda ölkədə 11 milyondan çox insan vaksin olunub. Onun 6 milyondan çoxu ikinci dozadır. Hazırda bizim 4432 orta ümumtəhsil məktəbimizdə 150 min müəllimin 80 faizi üçüncü doza vaksini də vurdurub”.

Bunu Medonline.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

Ekspert bildirib ki, müəllimlər və insanlar arasında ağır, orta və yüngül dərəcədə koronavirusa yoluxanlar var: “Ona görə də hazırda tədris prosesinin distant formaya keçməsinə ehtiyac yoxdur. Çünki hazırda 4432 orta ümumtəhsil məktəbindən cəmi 9-u distant təhsilə keçib. O cümlədən, 85 min sinifdən cəmi 99-da distant təhsil tətbiq edilir. Ölkə üzrə yoluxma sayındakı rəqəmlər təhlükəlidir. Amma düşünmürəm ki, bu, bütün təhsil prosesinin distant formaya keçməsi üçün əsasdır. Yanlış qərar onda idi ki, biz qış tətilinə getmədik. Bilirsiniz, bir qırılma yeri olmalı idi. Söhbət ondan gedir ki, bizim uşaqlarımız 22 və 29 sentyabrdan etibarən məktəblərə gəliblər. Bu müddət ərzində yalnız Yeni illə əlaqədar 4 günlük tətil olub”.

 

 Kamran Əsədov düşünür ki, Təhsil Nazirliyi qış tətilini ləğv etməməli idi:

“Bəlkə də biz fevral ayında 1 həftəlik tətil elan edə bilərik. Çünki həm qış tətilinə keçməmişik, həm də mövsümi xəstəliklər tüğyan edir. Bundan başqa, uşaqlar fiziki və psixoloji olaraq yorulublar. Təsəvvür edin ki, onlar 22 sentyabrdan etibarən fasilə vermədən, davamlı olaraq təhsil prosesində iştirak edirlər. Şagirdlər fiziki olraq yorğundurlar. Şagirdlər arasında yoluxmanın artmasının səbəblərindən biri də onların immunitetlərinin zəifləməsi ilə əlaqədardır. İmmun sistemi zəif olduğuna görə insanlar virusa rahatlıqla yoluxa bilirlər. Buna baxmayaraq, distant təhsilə keçməyə ehtiyac duyulmur. Belə bir gözlənti də yoxdur. Üstəlik, distant təhsili təşkil etməklə bağlı problemlərimiz mövcuddur. Keyfiyyətli tədrisi təşkil edə bilmirik. Düşünürəm ki, ən yaxşı halda 1 həftəlik tətil elan edilə bilər. Bu da uşaqlarımızın həm fiziki, həm də psixoloji olaraq bərpa olunması üçün vacibdir. Yeganə yol budur. Onlar itirdikləri enerjilərini bərpa etməlidirlər”. 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code