“83 yaşım var, 100 qramla bitmir axı, gərək axıra qədər içəsən” – Xalq artisti

0
31

“Dövlətin bütün qayğıları ilə təmin olunmuşam, hər şeyim var. Ən yüksək ad və mükafatların sahibiyəm. Bu yaşda Allahdan bircə arzum var. Özümə can sağlığı arzulayıram”.

Medonline.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib. Aktyor hazırda Ağstafada olduğunu deyib:

“Dostlar zəng vurur, soruşurlar ki, “Bakıda idin, doğum günündə niyə rayondasan? Gərək getməyəydin, bir yerdə ad gününü qeyd edərdik”. Dedim Bakıdan elə ona görə qaçıb gəlmişəm. Bilirdim ki, günümüz yeyib-içməklə keçəcək. Yeyib-içmək yaxşı şeydir, amma qədərində. 83 yaşım var, az yaş deyil. 100 qramla bitmir axı, dostlarla oturdunsa, gərək axıra kimi içəsən. Mən də bu yaşda onlar qədər içə bilmirəm. Əslində içirəm, amma sonra məni incidir, hər yaşın bir həddi var. Bu üzdən də qaçmışam”.

83 yaşlı aktyorun fikirincə, insanın çox yaşamaq istəyi onun özündən asılıdır:

“Cavanlıq getdi, bundan sonra çox yaşamağım öz əlimdədir”.

Qeyd edək ki, dünən Xalq artisti Tariyel Qasımovun 83 yaşı tamam olub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code