Gənclərə ŞAD XƏBƏR: dövlət xərcləri qarşılayacaq – VİDEO

0
25

Qarşıdakı 5 ildə müvafiq dövlət proqramı çərçivəsində ümumilikdə 2000 tələbənin xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında təhsil alması üçün imkanlar yaradılacaq.

Medonline.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “Xəzər Xəbər”ə deyib.

O bildirib ki, 2022 və 2026-cı illər ərzində dövlət başçısının sərəncamına uyğun olaraq hər il 400 nəfərədək tələbə xüsusilə magistratura səviyysində təhsil almaq üçün xaricə göndəriləcək. Tələbələrin seçimini isə müvafiq komissiya aparacaq.

Seçimlərdən uğurlu keçən tələbələrin xaricdə təhsil alacağı müddətdə maliyyələşməsi dövlət tərəfindən həyata keçiriləcək.

Tural Əhmədov deyib ki, yeni dövlət proqramında ölkə iqtisadiyyatının inkişafı üçün ehtiyac olan prioritet ixtisaslar əsas götürüləcək.

Xaricdə dövlət proqramı çərçivəsində təhsil alacaq şəxslərlə müvafiq öhdəliklərin olacağı müqavilələrin imzalanması da nəzərdə tutulur. Həmin müqavilədə gənclərin təhsillərini bitirdikdən sonra ölkəyə qayıdan zaman işlə təminat məsələsinin də əks olunacağı gözlənilir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code