Alimlər təşviş içindədir: hər gün təmasda olduğumuz material orqanizmə, hətta ciftə də nüfuz edir

0
26
Yeni tədqiqat zamanı mikroplastik insan ciftinin daxilində, həmçinin yenidoğulan körpələrdə aşkar edilib.
 
Medonline.az xəbər verir ki, bu barədə EurekAlert nəşri məlumat verib.
 
Avropa tədqiqatçıları mikroplastkin hamiləlik və uşaq yaşı ilə əlaqəsinə dair 37 məqalənin təhlilinu aparıb və mikoplastiki cuftdə və yenidoğulmuş körpələrin orqanizmində aşkar edib, bu hissəciklərin uşaqların sağlamlığına və inkişafına mümkün neqativ təsirini qeyd ediblər.
 
Tibb mütəxəssisləri ona əndişələnir ki, insanlar tərəfindən mikroplastikin udulmasının qarşısını praktiki olaraq almaq mümkün deyil, çünki o, orqanizmə hələ ana bətnində olarkən daxil olur. Və alimlərin fikrincə, mikoplastik böyüklərə nisbətən uşaqlar üçün daha böyük təhlükə törədir.
 
“Ehtimal ki, uşaqlar böyüklərə nisbətən mikoplastikin və ətraf mühitin digər toksiki kimyəvi təsirinə daha çox məruz qalır. Heç kim uşaqların udduğu mikoplastikin dəqiq miqdarını deyə bilməz. Lakin bir neçə tədqiqat göstərir ki, uşaqlar hələ ana bətnində olanda mikoplastiki udmağa başlayır. Və bu, çox narahatlıq doğurur”, – bunu tədqiqat müəllifi, Norveç elm və texnologiya universitetinin neyrobioloqu Kam Şpirada deyib.
 
Nəticələr bir daha mikroplastikin dünyada yayılmasının miqyasını və bu materialın sağlamlıq üçün, xüsusilə orqanizmi hələ möhkəmlənməyənlər üçün potensial təhlükə törətdiyini təsdiq edib.
 
“Körpə uşaqlarda immun sistem hələ inkişaf mərhələsindədir, onlar həm də beyinin inkafının vacib mərhələsindədir. Məhz bu amil uşaqları daha həssas edir”, – Şpirada qeyd edib.
 
Neyrobioloq və onun komandası ümid edir ki, onların tədqiqatının nəticələri həkimlərə, alimlərə və valideynlərə mikroplastikin müasir uşaqlara təsirini necə məhdudlaşdırmaq sualına cavab tapmağa kömək edəcəkdir. Lakin alimlər xəbərdarlıq edir ki, bu riskdən tamamilə yan keçmək praktiki olaraq mümkün deyil.
 
Bir sıra amillər, o cümlədən ev tozunda və ya qida maddələrində mikroplastikin olması bu məsələnin həllini demək olar ki, mümkünsüz edir.
 
“Mikroplastikin uşaqlar tərəfindən mənimsənilməsinin qarşısını almaq, demək olar ki, mümkün deyil. Amma bəzi tövsiyələr yardımçı ola bilər. Komanda valideynlərə şüşə və keramik qab-qacaqdan istifadə etməyi, plastiklə təmasda ola biləcək qidanın miqdarını məhdudlaşdırmağı, uşaqların olduğu yerləri nəm üsulla təmizləməyi, təmir zamanı tərkibində müxtəlif növ plastiklərin olmadığı təbii tikinti materiallarına üstünlük verməyi məsləhət görürlər.
 
Mikroplastik ölçüləri 5 mm-dən az olan istənilən plastik hissəcikdir. Bu hissəciklər bütün dünyaya- okeanın dibindən içində şorba olan boşqabadək yayılıb. Bu zaman, tibb işçilərinin sözlərinə görə, mikroplastikin kiçik ölçüləri insanın müxtəlif daxili orqanlarına, hətta ağ ciyərlərinə nüfuz etməyə imkan verir.
 
Mikroplasik təkcə plastikdən deyil, müxtəlif toksiki kimyəvi maddələrdən, məsələn, ftalatlardan və metallardan ibarətdir ki, onların bəziləri sağlamlıq üçün son dərəcə ziyanlıdır. Həm də mikroplastik küçəyə düşdükdə əlavə olaraq havanın və işlənmiş qazların tərkibində olan müxtəlif zərərli maddələrlə örtülür.
 
Tədqiqatçılar mikroplastikin məktəbdə uşaqlara, neonatal şöbələrdə isə ana südü, süni uşaq qidaları və yenidoğulanlara qulluq üzrə məhsular vasitəsilə körpələrə təsiri barədə dolğun elmi işlərin olmadığını qeyd edirlər. Bu isə mikrohissəciklərin tədqiqatının müasir texnologiyasında məhdudiyyətlərlə bağlıdır.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code