Uçan qayıq Dubayda dənizə eniş etməyə hazırlaşır – Dünyada ilk dəfə…

0
24
Dünyanın ilk hidrogenlə işləyən, təmiz enerjili uçan qayığı Dubayda dənizə enəcək. 
 
Medonline.az xəbər verir ki, su səthindən 80 santimetr hündürlükdə hərəkət edə bilən “The Jet”in dünya bazarına çıxarılması 2023-cü ildə planlaşdırılır.
 
İsveçrədə yerləşən mərkəzdə “THE JET Zero Emission” tərəfindən hazırlanmış dünyanın ilk hidrogenlə işləyən təmiz enerjili uçan qayığının Dubayda suya buraxılacağı açıqlanıb. Birləşmiş Ərəb Əmirliklərinin “Zenith Marine Services” şirkəti ilə imzalanan müqavilə çərçivəsində “The Jet” Dubayda istehsal edilərək istifadəyə veriləcək.
 
Su səthindən 80 santimetr hündürlükdə hərəkət edən və 75 kilometr sürətə çata bilən ən müasir uçan qayıq 8-12 sərnişin tutumuna malik olacaq. İki yanacaq çəninə və kondisioner sahib olan “The Jet” öz sahəsində səssiz və dalğasız səyahət vəd edən ilk qayıq olaraq qeyd edilir. 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code