DİQQƏT! Bu simptomlar olanda təcili yardım çağırın

0
26

Təcili yardım çağıran xəstələrin demək olar ki, üçdə birinə həkimlərin yalnız şifahi dəstəyi lazımdır.

Musavat.com “oxu.az”a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt Andrey Zvonkov deyib.

Onun sözlərinə görə, tənəffüs çatışmazlığı, o cümlədən boğulma və hava çatışmazlığı hiss edilən hallarda təcili yardım çağırmaq lazımdır.

Eyni zamanda, normal vəziyyətdə insanın tənəffüs hərəkəti dəqiqədə 22-24-dən çox olmamalıdır. Boğulma baş verərsə və nəfəs almaq dəqiqədə 24-dən çox olarsa, həmin şəxs təcili yardım xidmətinə müraciət etməlidir:

“Təcili yardım çağırmaq vacibdir, çünki vəziyyət sürətlə inkişaf edə bilər”.

Mütəxəssisin sözlərinə görə, hazırda xəstələrin xəstəxanaya yerləşdirilməsinə dair bir sıra konkret göstərişlər var. Onlara tənəffüs pozğunluqları və saturasiyanın azalması da daxildir. Belə simptomlarda müalicədən imtina edilməməlidir:

“Əgər belə simptomlar olduqda həmin şəxs xəstəxanaya yerləşdirilməkdən imtina edərsə, o, özünün ölüm hökmünü imzalayacaq, çünki o zaman çox gec olacaq”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code