Böyük Britaniyanın baş naziri Kiyevdə – Qərb ən “ağır top”larını Ukraynaya yığır…

0
25

Görünür ki, Ukrayna da Rusiyanın hərbi aqressiya nümayiş etdirməsinə adekvat cavab verməyə çalışır. Lakin iki aydan çoxdur müharibə olacağı haqda səslənən proqnozlar və gözləntilər özünü doğrultmur. Bu gedişlə Rusiyanın Ukraynaya hücum edəcəyini az ehtimal etmək olar. Çünki Qərb liderləri işə qarışıblar, böhranın danışıqlar yolu ilə həlli üçün çırmanıblar, Kreml başçısı da Ukraynanın bir alətə çevrildiyini bildirir.

“Təsəvvür edək ki, NATO dövləti olan Ukrayna hərbi əməliyyatlara başlayır. Krım da Rusiyanın suveren ərazisidir və biz bu məsələni bitmiş hesab edirik. Biz indi NATO bloku ilə vuruşmalıyıq? Kimsə bu barədə nəsə bir şey fikirləşib? Görünür ki, yox”, – Putin bildirib. Hiss olunur ki, Rusiya lideri müharibə haqda qəti fikirləşmir, amma Krımı da unutmağı tövsiyə edir.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyevi hədələyib – Kiyev administrasiyası İraq, Suriya və Liviya… – ABŞ-ın işğal etdiyi digər ölkələrin taleyini xatırlamalıdır. “Kin və təkəbbürlə dünyanın hər tərəfinə daxil olaraq ölüm və xaos yayırlar. Kiyev rejiminin idarəediciləri bu ifrat eybəcərliyin cinayət ortağı olmaq istəsələr belə, bu rolun kuratorlar tərəfindən onlara verilməyəcəyini anlamalıdırlar. Ukrayna kontekstində Hollivud qaydalarına uyğun lentə alınacaq növbəti filmdə ”istehsalat qəzası” terminindən istifadə ediləcək”, – deyə Zaxarova bildirib. Macarıstanın baş naziri Viktor Orban isə deyib ki, Avropa Birliyində (AB) Rusiya ilə konflikt istəyən heç bir lider yoxdur.

Qabil Hüseynli geri addım atdı: “Dünənki emosional sözlərimdən imtina  edirəm” | KONKRET

Qabil Hüseynli: “Rusiyaya qarşı koalisiya yaranıb, hərbə-zorbanın meydan oxuduğu bölgədə artıq sülh səsləri eşidilir”

Macarıstanın baş nazirindən fərqli olaraq, Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevə gedib və oradan Moskvanı xəbərdar edib. Onun sözlərinə görə, Rusiyanın Ukraynanı mümkün işğalı siyasi və humanitar fəlakətlə nəticələnə bilər. Conson bildirib ki, Moskva geri addım atmalı və diplomatiya yolunu seçməlidir: “Bu gün 100 mindən çox Rusiya əsgəri Ukraynaya düşmən münasibətin göstəricisi olaraq sərhəddə toplanır. Bu, Rusiyanın Krımı işğal üçün göndərdiyi 30 min hərbçini kölgədə qoyur. Ukraynanın Rusiya tərəfindən mümkün işğalı Rusiya və dünya üçün hərbi fəlakət olar”.

Bundan təxminən 10 gün əvvəl isə ABŞ dövlət katibi Entoni Blinken də Kiyevə səfər etmişdi. Qərb, xüsusilə də ABŞ-la B.Britaniya Rusiyanın artan hərbi təzyiqləri fonunda Ukraynanı təkbaşına qoymadıqlarını, qoymayacaqlarını nümayiş etdirirlər.  Səfərdən əvvəl Conson Twitter-də yazmışdı ki, dost və demokratik tərəfdaş kimi Böyük Britaniya Ukraynanı məhv etməyə çalışanların qarşısında onun suverenliyini dəstəkləməyə davam edəcək. Ukrayna prezident Vladimir Zelenskinə gəlincə, əhalini təmkinli olmağa və birliyə çağırıb. O bildirib ki, hökumət və dünya liderləri Rusiyanın mümkün müdaxiləsinin qarşısını almaq üçün səylər göstərir. O, həmçinin, əlavə edib ki, tezliklə Ukrayna, Rusiya, Fransa və Almaniyanın daxil olduğu Normandiya formatı qrupunun növbəti iclasının tarixinin müəyyən olunacağına ümid edir.

“Normandiya formatı” Minsk Qrupuna bənzər effektiv olmayan vasitəçidir. Əvvəllər, münaqişənin həlli ilə bağlı Almaniya, Rusiya, Ukrayna və Fransa dördlüyü danışıqlar masasında müzakirələr aparırdı, amma son dövrlər bu format tamamilə dondurulmuş vəziyyətdədir. İndi sual yaranır ki, Zelenski Rusiyanı Avropa məkanında danışıqlar masasına əyləşdirə biləcəkmi?

Professor Qabil Hüseynli Rusiyaya qarşı böyük koalisiyanın formalaşdırıldığını hesab edir. Politoloqun “Yeni Müsavat”a bildirdiyinə görə, Ukrayna, Polşa və Böyük Britaniya arasında üçlük formatı ciddi rezonans doğurub. Onun fikrincə, Conson Kiyevdən ciddi mesajlar verib və Rusiyadan Ukraynaya müdaxilə olarsa, Britaniya və müttəfiqlərinin atacağı addımlar bəllidir. “Ukraynaya hücum olarsa, NATO-ABŞ-Böyük Britaniyadan Kremlə öldürücü sanksiyalar tətbiq ediləcək və iqtisadiyyatı möhkəm zərbə alacaq. Ona görə Rusiya təhlükəsizliyi bəhanə edərək müxtəlif iddialar irəli sürürdüsə, indi Qərbdən sakitləşdirici bəyanatlar gəlməkdədir. Açıq şəkildə deyilir ki, Ukraynada NATO hərbi bazası yerləşdirilmir, alyansa üzvlüyü yaxın 5-10 il üçün gündəmdə deyil. Rusiya bu açıqlamaları güzəşt kimi qəbul edə bilər”, – deyə Q.Hüseynli şərh etdi.

Professorun sözlərinə görə, Rusiyanın beyin mərkəzləri hesab edir ki, Ukraynaya hərbi hücum SSRİ-nin Əfqanıstana müdaxiləsindən betər fəsadlar yarada bilər: “O baxımdan Rusiyadan sülhə meyilli fikirlər səslənir. Həmçinin Zelenski Putinlə görüşə dəvət edilir, elə Ukrayna prezidenti də bir araya gəlməyə hazırdı. Beləliklə, hərbə-zorbanın meydan oxuduğu bölgədə artıq sülh səsləri eşidilir”.

Moskva artıq “təhlükə zəngini” çalır - Asif Nərimanlı

Asif Nərimanlı: “Vaşinqton daha sərt gedişlərlə Kremlə qarşı cəbhəni bütövləşdirmək niyyətindədir”

 

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Rusiya Avropa üzərindən NATO daxilində cəbhələşməni dərinləşdirmək ssenarisini tətbiq edir: “Makronla Putin 1,5 saatlıq telefon söhbətində dialoqun davamı və Normand formatının bərpası ilə bağlı müzakirələr aparıb. Lavrovun alman həmkarı Annalena Berbokla telefon söhbətində tərəflər Minsk razılaşmasının Normand formatı çərçivəsində həyata keçirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinə razılaşıb. Putinlə danışdıqdan bir gün sonra Makron Zelenskiyə zəng edib və Normand formatı çərçivəsində növbəti görüşün tezləşdirilməsi üzərində razılaşıblar. Fransa və Almaniya Normand formatı çərçivəsində prosesi nəzarətə almaq, qarşıdurmanı yumşaltmaq və ABŞ-ın müdaxiləsini azaltmaq istəyir. Rusiya bundan ABŞ və NATO-ya qarşı Avropa üzərindən siyasi cəbhə açmaq üçün istifadə edir”. Siyasi təhlilçi istisna etmir ki, Paris və Berlin Moskvaya Ukrayna, eləcə də Şərqi Avropada təhlükənin olmayacağına dair vədlər verə və NATO daxilində Vaşinqtona qarşı daha aktiv mövqe tuta bilər: “Bu kontekstdə Baydenin yaxın zamanda Şərqi Avropaya əsgər göndərmək istəyi diqqət çəkir: Vaşinqton daha sərt gedişlərlə Rusiyaya qarşı cəbhəni bütövləşdirmək niyyətindədir”.

Politoloq: “ABŞ-ın yeni hökuməti İran siyasətini dəyişməyəcək” -  29.11.2020, Sputnik Azərbaycan

Ramiyə Məmmədova: “Müharibə ritorikası yumşalır, Böyük Britaniya nə Polşa, nə Almaniyadır, əgər baş nazir Conson Kiyevə gələrək Ukraynaya tam dəstəyini ifadə edirsə…”

Ekspert Ramiyə Məmmədova müharibə ritorikasının yumşaldığını düşünür: “Düzdür, Luqansk separatçıları Ukraynanın hücuma hazırlaşdığını iddia edirlər. Əslində, Rusiyanın dəstəyi olmasa, Kiyev ordusu qısa zamanda separatçıların axırına çıxa bilər. Ukrayna ordusunun hərtərəfli hazırlıqlarına, separatçıları tərk-silah etmək istənilən dövlətin haqqıdır. Rusiya da Çeçenistanda məhz bu məqsədlə iki dəfə müharibə aparmışdı. Rusiya kimi digər dövlətlərin də buna haqqı var. Kreml isə bu haqqı Ukraynaya tanımaq istəmir, çünki Donbasdakı separatçılar özünə bağlıdır.

Amma Boris Consonun açıqlaması, Putinin ilk dəfə bu mövzuda danışması göstərdi ki, kritik gərginlikdən keçərək müəyyən konsens əldə edilməsi üçün yumşaq leksikona keçid edilir. NATO və Rusiya müharibə etmək əzmində görünmürdülər, onlar bir-birinə diş qıcayırdılar. Bu mərhələdən sonra gərginlik tam azalmayacaq, rus da qoşunlarını geri çəkən deyil, sadəcə, kulminasiya nöqtəsinə çatmaqda olan əsəb müharibəsi nisbətən səngiyəcək. Böyük Britaniya nə Polşa deyil, nə Almaniya, əgər baş nazir Conson Kiyevə gələrək Ukraynaya tam dəstəyini ifadə edirsə, Putin “qırmızı xətt”in nə olduğunu anlamalı idi. Ona görə də Rusiya prezidenti müharibə niyyəti olmadığını açıqladı”.

Bu arada, ABŞ və NATO-nun Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı təkliflərinə verdiyi cavabın tam mətni dərc olunub. Geniş sənəddə bildirilir ki, Rusiyanın Ukraynada və ətrafında həmçinin Belarusda hərbi qüvvələrini toplaması səbəbsiz və əssasızdır, ona görə də müttəfiqlər Rusiyanı deskalasiyaya çağırırlar. Bəyan edirlər ki, Ukrayna münaqişəsi Minsk razılaşması çərçivəsində və razılaşdırılmış formatlar vasitəsilə həll olunmalıdır. NATO sənəddə bəyan edir ki, Rusiya NATO-Rusiya münasibətlərinin inkişafına kömək etmiş dəyərləri, prinsipləri və öhdəlikləri pozub. Sənəddə NATO-Rusiya Şurasının sədrinin irəli sürdüyü görüşlərin keçirilməsi təklifi təqdir olunub.

ABŞ-ın yazılı cavabında isə qeyd olunur ki, Rusiya Ukraynaya qarşı güc nümayişini və aqressiyasını artırdıqca bu ABŞ və onun müttəfiqlərinin müdafiə mövqeyini daha da gücləndirəcək.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code