“9 medalla təltif olunmuşam, Vətən Savaşında qəlpə yarası alsam da…” – Polkovnik fəryad edir

0
24
Salam hörmətli Moderator.az saytı.
 
Mən Sizin vasitəsilə Azərbaycan Respublikası Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına və bütün dövlət orqanlarına müraciət edirəm və köməklik göstərilməsini xahiş edirəm.
 
Mən 1994-cü il tarixdən 2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələində xidmət etmişəm. Ehtiyatda olan polkovnikəm. 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixinədək Vətən müharibəsində iştirak etmişəm. 23 oktyabr 2020-ci il tarixində mərmi partlayışı nəticəsində baş və kürək nahiyələrimdən xəsarət  almışam. Hərbi xidmətim dövrümdə 9 medalla təltif olunmuşam. Hal-hazırda Astara şəhərində yerləşən 2 saylı hərbi şəhərcikdə yaşayıram. Həmin şəhərcikdəki bərbad vəziyyətlə bağlı müxtəlif vaxtlarda bütün dövlət orqanlarına mütaciət etmişəm. Lakin heç bir tədbir görülməmişdir. Düzünü desəm ki, çox acınacaqlı vəziyyətdə yaşayıram.
 
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il arixli 569 nömrəli Fərmanına əsasən 2014-cü il tarixdə 20 il xidmət müddətim bitdiyi üçün evlə təmin olunmalı idim. Lakin sırf həmin Fərmanla yaradılmış komissiyanın təqsiri ucbatından mənzillə təmin olunmamışam. Hal-hazırda yaşadığım binanın dam örtüyü bərbad vəziyyətdə olduğu üçün yağan yağışlar birbaşa mənzilimə damır. Binanın kanalizasiya sistemi olmadığı üçün üfünət iyindən nəfəs almaq olmur. Maliyyə Nazirliyinə mövcud vəziyyətlə bağlı müraciət etdim, lakin onlar sanki məni «cəzalandırmaq» məqsədilə cavab məktubunda mənim siyahıda adımın 864-cü olduğumu bildirirlər. Axı mən bərbad vəziyyətdə yaşayıram. Yağan yağış birbaşa mənzilimə damır. Niyə komissiya bu şərtləri nəzərə almır. Xahiş edirəm köməklik göstərin.
 
Hörmətlə, ehtiyatda olan polkovnik Rəşad Həsənov
 
 
 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code