“OMİCRON” ştammı özünü bu cür biruzə verir – İnfeksionistdən əhaliyə VACİB XƏBƏRDARLIQ

0
27

Rusiyalı həkimlər koronavirusun “Omicron” ştammı ilə bağlı vacib xəbərdalıq ediblər.

Belə ki, həkimlər bildirirlər ki, Omikron ştammı yoluxan şəxslərin səsini batıra və hətta bu problem bir daha bərpa olunmaya bilər.

Medonline.az saytına açıqlama verən infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, “Omiсron” ştammı yuxarı tənəffüs yollarında daha çox olur. Onun sözlərinə görə, bu ştamm səs tutulması, kallaşması, boğazda ağrılar, qaşınma, qrip kimi əlamətlər burun axması, tutulması halları ilə özünü göstərir.

“Koronavirusun Delta ştammı daha çox aşağı tənəffüs yollarına yəni, ağciyərə girməyə meyilli olurdu. Burada heç burun axma olmurdu, insana kənardan baxdıqda onun heç qrip, xəstə olduğu hiss olunmurdu. Amma baxırdıq ki, pnevmaniyadır və yaxud pnevmaniya olma ehtimalı çoxdur.

“Omicron” ştammı isə yuxarı tənəffüs yollarında daha çox olur. Səs tutulması, kallaşması, boğazda ağrılar, qaşınma, qrip kimi əlamətlər burun axması, tutulması halları ilə özünü göstərir. Amma ağırlaşma da çox olmur.

Yuxarıda saydığım əlamətlər də yuxarı tənəffüs yollarının iltihabının əlamətləridir. Səs telləri də bununla bağlı zədələnə bilir”.

Həkimin sözlərinə görə, səs tutulmasının bərpası hansısa dərmanla mümkün deyil və bunun üçün sadəcə zaman lazımdır.

“Bəzən xəstəlikdən sonra 1 ay ərzində də müəyyən bir əlamətlər qala bilir. Hətta olur ki, öskürək 2 ay müddətində qalır və s”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code