“Finca-Azerbaijan” Kredit Təşkilatı Goranboyda şəhid ailəsinə məxsus yaşayış sahəsinə göz dikib?

0
22

Azərbaycanın Dövlət Başçısı aidiyyəti qurumların rəhbərlərinə şəhid ailələrinə, müharibə əlil və veteranlarına qayğı göstərməyi bir nömrəli vəzifə olaraq tapşırıb. Təəssüflər olsun ki, bəzi idarə və müəssisələrdə bu ailələrin nümayəndələrinə qeyri-ciddi münasibətin şahidi oluruq. Belə müəssisələrdən biri “Finca-Azərbaycan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatıdır.(FİNCA Azerbaijan” MMQBKT).

Bəri başdan qeyd edim ki, “Finca-Azerbaijan” Kredit Təşkilatı uzun müddətdi ölkəmizdə fəaliyyət göstərir. Bu Kredit Təşkilatının əməkdaşları əhaliyə xidmət göstərirlər. Belə şəxslərdən də biri Goranboy rayonu, Vidadi küçəsi, 57, mənzil 7-də yaşayan Quliyeva Mirvari İsrayıl qızıdır. O, 1987-ci ildə Goranboy sakini Quliyev Zakir İmamverdi oğlu ilə ailə həyatı qurub. Onların birgə nikahından 3 övlad dünyaya gəlib. Zakir bəy Azərbaycanın dövlət müstəqilliyinin və Silahlı Qüvvələrimizin bərpası prosesində iştirak edib. Ehtiyatda olan zabit kimi Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Qanlı döyüşlərdən birində şəhid olub. Zakir bəyin ömür-gün yoldaşı M.Quliyeva 2014-ə cü ildə biznes qurmaq məqsədilə  və yaşadığı evi girov qoymaq şərtilə “Finca-Azərbaycan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatından (FİNCA Azerbaijan” MMQBKT) 20.000 (iyirmi min) ABŞ dolları həcmində pul götürüb. Götürdüyü məbləğin 13 minini ABŞ dolları, 13 minini isə Azərbaycan manatı ilə qaytaran Mirvari Quliyeva bu Kredit Təşkilatına 6.000(altı min) AZN məbləğində borclu qalıb. “Finca-Azerbaijan” Kredit Təşkilatı borcun ödənməsi üçün Goranboy rayon Məhkəməsində iddia irəli sürüb.2016-cı il yanvarın 6-da hakim Şirzad Hüseynovun sədrliyi altında keçirilən məhkəmə prosesində “…iddianın təmin edilməsi, əsas borc üzrə 12.443.74 ABŞ dolları, faiz borcu üzrə 1411.21 ABŞ dolları, cərimə üzrə 196.99 ABŞ dolları, cəmi 14.051.94(on dörd min əlli bir ABŞ dolları doxsan dörd sent) ABŞ dolları həcmində borc və 60(altmış) AZN məbləğində ödənilmiş dövlət rüsumları və xidmət haqqı tutularaq FİNCA Azerbaijan” MMQBKT-nin xeyrinə tam ödənilsin. Tutma, ipoteka ilə yüklü edilmiş Quliyeva Mirvari İsrayıl qızına məxsus Goranboy şəhəri, Vidadi küç.57-də yerləşən, ümumi sahəsi 82.60 kv.m olan 7 saylı mənzilə yönəldilsin,yaşayış evi hərraca çıxarılsın və borc evin açıq hərracdan satılmasından əldə edilmiş pul vəsaitindən ödənilsin. Fərdi yaşayış evinin ilkin satış qiyməti 20.000 USD (ABŞ dolları) dəyərində müəyyən edilsin.”

Maraqlı burasındadır ki, FİNCA Azerbaijan” MMQBKT həmin mənzili vətəndaş M.Quliyevanın adından çıxarmağa nail olsa da bu mənzildə qeydiyatda olanların ordan çıxarılmasına nail olmayıb. Hazırda bu məsələ AR Prezident Administrasiyasının, həmçinin, Mərkəzi Bankın nəzarətindədir.

Qeyd: Biz, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

                       Şamil Sabiroğlu,

                      Türkanə Səfərova.

                       02.02.2022.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code