DƏHŞƏTLİ HADİSƏ: 18 yaşlı gənc qız özünü binadan atdı – ANBAAN VİDEO

0
40

Türkiyədə 5 mərtəbəli binanın terrasına çıxan 18 yaşlı gənc qız özünü ataraq intihar edib.

Medonline.az xəbər verir ki, hadisə Türkiyənin Qaziantep şəhərində baş verib.

Gənc qızın yıxıldığı anlar yerli vətəndaşın mobil telefon kamerası tərəfindən lentə alınıb.

Mərkəz Şahinbey səmtinin Yeditəpə məhəlləsində, Adnan Menderes Bulvarında yerləşən 5 mərtəbəli mənzildə yanvarın 30-da səhər saatlarında binanın terasına çıxdığı iddia edilən Büşra B. (18) özünü atıb. Ağır yaralanan gənc qız hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra Şahinbey Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Xəstəxananın reanimasiya şöbəsində müalicə alan Büşra B. 2 gün sonra həyatını itirib. Gənc qızın meyiti ekspertizada sonra dəfn olunmaq üçün ailəsinə təhvil verilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code