“Omicron” daha çox hansı yaş qrupları üçün təhlükəlidir? – İnfeksionistdən AÇIQLAMA

0
25

Nazirlər Kabineti yanında Operativ Qərargahın son bir ay ərzində təqdim etdiyi rəqəmlər onu göstərir ki, koronavirusa yoluxanların sayında artım müşahidə edilir.

Bəs yoluxanlar arasında daha çox hansı yaş qruplarından olan insanlar var? “Omicron” daha çox hansı yaş qrupları üçün təhlükəli hesab olunur?

İnfeksionist-hepatoloq Mərdan Əliyev Medonline.az-ın suallarını cavablandıran zamanı bildirib ki, hazırda yoluxma hallarına bütün yaş qruplarında rast gəlinir. Daha çox isə kollektiv yerlərdə işləyən şəxslərdə, məktəb və bağçalara gedən uşaqlarda rast gəlinir.

“Hazırda çox yaşlı insanlar arasında virusa yoluxma halları rast gəlinmir. Burada bir məsələ var. Bu, peyvənd olunmaq məsələsidir. Bilirsiniz ki, 18 yaşdan yuxarı şəxslər arasında peyvəndlənmə aparılıb və biraz yaşı çox olan şəxslər artıq 3-cü dozanı alıblar. Bunun üçün də onlara virus daha az təsir göstərir.

Uşaqlar və orta yaşlılar arasında isə yoluxma halları daha çox yayılıb”, – deyə həkim bildirib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 658 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 625 023 nəfər müalicə olunaraq sağalıb, 8 734 nəfər vəfat edib, aktiv xəstə sayı 24 713 nəfərdir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code