Fevral ayında Azərbaycanı gözləyən təhlükə

0
35

İnfeksionist Mərdan Əliyevin sözlərinə görə, fevral ayında yoluxmalar sürətlə artacaq, yaz aylarında azalmağa doğru gedən yoluxma statistikası yayda sıfıra yaxınlaşacaq. 

Həkim bu barədə Medonline.az-a danışıb:

“ “Omikron” variantı yuxarı tənəffüs yollarında “delta”dan 70 dəfə daha sürətli çoxalır. Yaxşı tərəfi odur ki, ağciyər toxumasında 10 dəfə daha aşağı sürətlə artıb çoxalmağa meyillidir. Bu da o deməkdir ki, “omikron” pnevmoniya kimi ağırlaşmalara səbəb olmur. Bildiyimiz kimi, bu xəstəliklərin əsas ağırlaşmaları və qorxulu tərəfi ağciyər iltihablanmasıdır. “Omikron”da isə verilən məlumatlara görə, ağciyər iltihablanması daha azdır. Peyvəndin də “omikron”a daha az təsir göstərdiyi məlum olub. Hətta yoluxub sağalanların da bir neçə ay sonra “omikron”a yoluxmaq ehtimalları yüksəkdir. Lakin bir peyvənd olunmusunuzsa və ya xəstəliyi keçirib sağalmısınızsa, “omikron” da ayrı bir növ olmadığı üçün immun sistemi buna yenə də təsir göstərə bilir. “Omikron” tamamilə ayrı bir virus deyil, düzdür, burada mutasiya bir qədər dəyişiklik törədir, amma virus və xəstəlik törətmə prinsipləri eyni olduğu üçün immunitetiniz bu xəstəliyi tanıya bilir. Bu xəstəliyi bir dəfə keçirmisinizsə, ikinci dəfə yoluxanda orqanizminiz onunla yad bir virus kimi davranmır. Odur ki, ikinci dəfə bu xəstəliyi daha yüngül keçiririk. Nadir hallar var, təbii ki, bunlar istisnadır”. 

 

 

Həkimin sözlərinə görə, “omikron” bütün yaş qruplarında özünü göstərir, həm böyüklər, həm də uşaqlarda eyni dərəcədədir:

“ “Omikron” yeni yarananda bizdə də Avropa ölkələrində olduğu kimi, sürətlə artması gözlənilirdi. Son yoluxma statistikaları da onun nəticəsidir. Gündəlik maksimum yoluxma sayını proqnozlaşdırmaq çətindir, pessimist olmaq istəmirəm, amma optimist olmaq da hələ mümkün deyil. Ümumiyyətlə, 2 həftə çox çətin olacaq. Şübhəsiz ki, artım davam edəcək, fevral ayında daha çox yoluxma gözləyirik”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code