Azərbaycanda ticarət mərkəzindəki yanğının TƏFƏRRÜATI: İsinmək üçün tonqal qaladı… – YENİLƏNDİ

0
26

Medonline.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə zamanı ölən Ə.Ələkbərovun içki aludəçisi olduğu bildirilir.

İlkin məlumata görə, Ə.Ələkbərov gecə saatlarında sığındığı ticarət mərkəzinin binasında isinmək üçün kağızları toplayaraq tonqal yandırıb. 

Nəticədə, binanın bir hissəsi yanıb və 62 yaşlı kişi yanğında ölüb. Onun meyiti üzərində hər hansı xəsarət izi aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

xxx

Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 m² olan bir otağında məişət tullantıları 3 m² sahədə yanıb.

Bu barədə Medonline.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code