Anadangəlmə əzasız müsəlman uşaq üçün xristian(!) ölkəsində 129 min dollar toplandı və…

0
29
Anadan əl-ayaqsız doğulmuş suriyalı uşaq xeyriyyə kampaniyasından sonra İtaliyada dörd əvəzedici protezlə təmin olunacaq.  Hazırda 6 yaşlı Mustafa Əl-Nəzər 114.000 avro (129.000 dollar) ianə ilə Bolonya yaxınlığındakı “INAIL” Protez Mərkəzində dünya şöhrətli həkimlər tərəfindən müalicə olunur.
 
Medonline.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.
 
“Bu, çətin iş olacaq, lakin bizim məqsədimiz Mustafaya müstəqil həyat sürməsi imkanı yaratmaqdır”- deyə qəza nəticəsində ayaqlarını itirmiş “Formula-1” pilotu Aleks Zanardini də müalicə etmiş mərkəzin texniki direktoru Qreqorio Teti söyləyib.
 
Əl-Nəzərin bomba partlaması nəticəsində ayağını itirmiş atası ilə havada çəkilmiş fotosu dünyanı dolaşıb. Məşhur foto çəkdikləri əzablara baxmayaraq suriyalı müsəlman ata-ananın nur saçan təbəssümlərini əks etdirir…  Həmin fotonun müəllifi olan fotoqraf  “Siena International Photo Awards” Beynəlxalq Foto Mükafatına layiq görülüb. Foto dünyanın hər yerindən inanılmaz reaksiyalara səbəb olub. Bu da mükafatın təşkilatçılarını 6 yaşlı Əl-Nəzər üçün  xeyriyyə aksiyası təşkil etməyə sövq edib…
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code