Britaniyanın Rusiya planı ORTAYA ÇIXDI: Vəziyyət gərginləşərsə…

0
46

öyük Britaniya Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Moskvaya qarşı sanksiyalar hazırlayır. Rəsmi Londonun Rusiya Federasiyasının beynəlxalq banklararası sistemdən ayrılmasına dəstək verməsi və “Şimal axını 2”yə qarşı tədbir görülməsinin “nüvə” variantı istisna edilmir. 

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrin yazdığına görə, rəsmilər Kreml daha da irəli gedərsə, Rusiya iqtisadiyyatını zəiflətməyə yönəlmiş yeni sanksiyalar üzərində işə başlayıblar.

“Britaniya Rusiyanın SWIFT beynəlxalq ödəniş sistemindən ayrılmasına dəstək vermək üçün nüvə variantını nəzərdən keçirir. Bundan əlavə, Böyük Britaniyanın Baş naziri Boris Conson hesab edir ki, sanksiyalara “Şimal axını 2”yə qarşı tədbirləri daxil etmək olmaz” – qəzet yazır.

 
 

Həmçinin qeyd edilib ki, Conson G7 ölkələrinin liderləri ilə (Böyük Britaniyadan başqa, bunlar AB , Almaniya, İtaliya, Kanada, Fransa və Yaponiyadır) danışıqlar aparmaq niyyətindədir ki, bu da “sanksiya koalisiyasının” yaradılmasını başa çatdırmaq üçün “Rusiya prezidentini dəstəkləyən oliqarxlara qarşı məqsədyönlü tədbirləri nəzərdə tutur. Nəşrdə konkret adlar verilmir.

“Böyük Britaniya diplomatik yolla dialoq və çəkindirmə siyasəti yürütmək üçün NATO vasitəsilə və ABŞ ilə sıx əməkdaşlıq edir, lakin bu, uğursuz olarsa, Rusiya iqtisadiyyatının əsasına zərbə vuracaq sanksiyalar paketi hazırlayır” – bu barədə qəzetə Böyük Britaniyaya yaxın mənbə bildirib.

Rusiya dəfələrlə Qərbin və Ukraynanın “aqressiv hərəkətlər”lə bağlı ittihamlarını rədd edib, heç kəsi təhdid etmədiyini və heç bir yerə hücum etmək fikrində olmadığını bəyan edib. Rəsmi Moskva bildirib ki, “Rusiyanın təcavüzü” ilə bağlı bəyanatlar daha çox NATO hərbi texnikasının Rusiya sərhədlərində yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunur.  

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməkdə köməklik etmək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code