Püştətala kənd sakini Cavharat İbrahimovanı ölümlə hədələyirlər!

0
35

Milliyətcə avar olan Cavharat Şeyxovna qızı İbrahimova Balakən rayonunun Püştətala kənd sakinidir. Balakən rayon Aqrar-islahat komissiyasının 17 oktyabr 2002-ci il tarixli, 06 saylı qərarına əsasən C.İbrahimova və oğlu Ruslan İbrahimova cizgidə göstərilən sərhəd daxilində 1, 09 hektar pay  ayrılıb. Bu barədə dövlət qeydiyat kitabında müvafiq qeydiyat da var. Cavharat Şeyxovna ona məxsus ərazidə  əkin-biçinlə məşğul olmaq üçün Püştətala kənd sakini Nastakalova Qıztaman Məhəmməd qızına razılaşma yolu ilə icazə verib. Təəssüflər olsun ki, bu icazə sənədlə rəsmiləşdirilməyib. 2018—2019-cu illlərdə C.İbrahimova ona məxsus ərazinin geri qaytarılmasını xahiş edib. Q. Nastakalova bu xahişə əməl etməyib, əksinə, Balakən rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.Ərizədə qeyd olunurdu ki, 1 ha. Pay torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, yaxud 31.000(otuz bir min) manat dəymiş maddi ziyanın ödənməsi tələbini irəli sürüb. Proses Şəki Apellyasiya Məhkəməsində davam etdirilib. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasında iddiaya baxılıb.2021-ci il dekabrın 15-də keçirilən məhkəmə prosesində iddiaçı Nastakalova Qıztaman Məhəmməd qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, cavabdeh İbrahimova Cavharat Şeyxovnanın kassasiya şikayəti qismən təmin olunsun.

Ən azı 18 il həmin pay torpağından istifadə edən Qıztaman Nastakalova həmin ərazini özününkülşdirmək istəyir. Cavharat xanımın dediyinə görə Balakən rayon İcra Hakimiyyəti Püştətala kənd İcra Nümayəndəsinə və yerli Bələdiyyənin rəhbərliyinə dəfələrlə müraciət etsə də, yardım əllərini uzatmayıblar. Bizimlə söhbət zamanı C.İbrahimova onu da qeyd etdi ki, bu əraziyə görə onu ölümlə hədələyiblər.

P.S.mövzuya qayıdacağıq.

                       Şamil Sabiroğluu,

           Medonline.az saytının xüsusi müxbiri.

22.01.2022.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code