Hacıyevdən Ermənistan açıqlaması: Cavab gözləyirik!

0
26

“Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxarmalıdır”.

Medonline.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev bir müddət əvvəl yerli televiziya kanallarına müsahibəsində Azərbaycan- Ermənistan münasibətilərinin normallaşdırılması ilə bağlı məsələlərə də toxunub: “Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxundu. Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code