Azərbaycanda məktəbli qız qaçırıldı – RƏSMİ

0
33

Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumatlara münasibət bildirib.

Medonline.az-a Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, Tərtər rayonunun Evoğlu kəndində, kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın, Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı yanvarın 19-da quruma məlumat daxil olub.

Onun sözlərinə görə, Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb.

O bildirib ki, bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Ağdam Rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komisiya”ya məktubla müraciət edilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code