Məşhur müğənni: “Anama qulaq asmadım, Allah bəlamı verdi!”

0
28

Qumar asılılığı ilə gündəmdən düşməyən sənətçi Serdar Ortaç borclarından xilas olub. 

Medonline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə restoranların birində səhnəyə çıxan müğənni özü danışıb. 

“2022-ci ilə çox özəl başladıq, bütün borclarımı ödədim. Həyata yenidən başlayıram. Borc igidin qamçısıdır deyirdilər, böyük qamçı aldım, amma hamısı bitdi. Şükürlər olsun Allaha, artıq tərtəmiz pambıq kimi səhnəyə çıxacağam. Bundan sonra qazandıqlarımı təkbaşıma yeməyəcəm. Artıq qazandığım hər quruşu dostlarım arasında bölüşəcəm”.

Daha sonra müğənni həyat yoldaşından ayrılmasına toxunub: 

“Anam sarışından sənə xeyir gəlməz demişdi. Həyat yoldaşım sarışın oldu, sevgilim də sarışın oldu. Anamın sözünə qulaq asmadım, Allah bəlamı verdi”. 

Ötən il Serdar Ortaç “Bacarsam, bu gün təqaüdə çıxaram, amma işləməliyəm. 10 milyon TL kredit borcum var. Keçmiş həyat yoldaşım Chloe Loughnana 600 min TL aliment borcum var. Mənim də aylıq təxminən 500 min TL xərcim var” demişdi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code