Vəfalı pişik ölən sahibinin məzarı başında iki ay onu gözlədi

0
28
Serbiya İslam İcmasının keçmiş baş müftisi Muamer Zukorliçin məzarı üstündə küskün oturan və getməkdən imtina edən sadiq pişiyin ürək ağrıdan hekayəsi mediada gündəm olub. 
 
Medonline.az xəbər verir ki, Muamer Zukorliç 6 noyabr 2021-ci ildə ürək tutmasından vəfat edib. O, Serbiya və digər Balkan ölkələrindəki müsəlman icmasının tanınmış simalarından biri olub. 
 
Zukorliçin ölümündən sonra onun pişiyi hər gün siyasətçinin məzarı üstündə oturub. Heyvan sahibinin dəfn olunduğu yeri tərk etməkdən imtina edib. Görüntülər sosial mediada da insanları kədərləndirib. Onlardan bəziləri ev heyvanının sahibinə nə qədər sadiq olduğunu qeyd edib, bəziləri pişiyi kiminsə evinə aparmalı olduğunu bildirib. Bu hekayə bir çoxlarına sahibinin qayıtmasını son nəfəsinə qədər gözləyən yapon iti Haçikonun faciəli hekayəsini xatırladıb.
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code