Peskov AÇIQLADI: “Vəziyyət gərgindir”

0
34

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə sərhəddə vəziyyətin gərgin olduğunu bildirib.

Medonline.az-ın xəbərinə görə, D.Peskov qeyd edib ki, Ağ Ev Rusiyaya qarşı ittihamlarını heç bir sübutla dəstəkləməyib, Moskva Vaşinqtondan təhlükəsizlik zəmanətləri ilə bağlı konkret cavab gözləyir.

Kremlin sözçüsü xatırladıb ki, Ukrayna ilə sərhəddə gərginlik kifayət qədər yüksək olaraq qalır, ona görə də Rusiya təhlükəsizliklə bağlı “konkret təkliflərinə” konkret də cavab almaq istəyir.

“Sərhəddə  – Avropanın bir hissəsində həddindən artıq gərginlik var” – Peskov əlavə edib.

Prezidentin sözçüsü vurğulayıb ki, mövcud vəziyyət qitə üçün son dərəcə təhlükəlidir. Peskovun sözlərinə görə, bu gün insan “saxta ittihamlar, saxta xəbərlər, yalanlar dünyasında” yaşamaq məcburiyyətindədir. O xatırladıb ki, Rusiya hələ də ABŞ-ın Ukraynanın işğalı ilə bağlı ittihamlarının sübutunu gözləyir.

Bundan əvvəl Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, ABŞ Rusiyanın Ukraynaya hücum edəcəyi zaman çərçivəsini artıq müəyyən edib. Oxşar bəyanatla Pentaqonun spikeri Con Kirbi də çıxış edib. Rusiya Federasiyasının Səfirliyi bu bəyanatları əsassız və informasiya təzyiqi adlandırıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code